Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-02-2022, 14:13)
Amerikalı konqresmen: “Xocalı faciəsindən dərs almalıyıq”

 ABŞ-ın Arizona ştatını təmsil edən respublikaçı konqresmen Pol Qosar Konqresdə çıxışı zamanı Xocalı soyqırımının 30 illiyi ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib.
 
Mediatv.az xəbər verir ki, P.Qosar çıxışında bildirib: “30 il əvvəl - 1992-ci il fevralın 26-da törədilmiş Xocalı faciəsinin anmaq üçün çıxış edirəm. Mən bu tarixi faciəni, həlak olan insanların xatirəsini bir daha yad etmək üçün buradayam”.
 
Xocalı faciəsinin Azərbaycanın qonşu Ermənistanla münaqişəsi zamanı baş verdiyini deyən konqresmen qeyd edib: “Qarabağ bölgəsinin Xocalı rayonunda mülki azərbaycanlılar heç bir fərq qoyulmadan hədəfə alınaraq atəşə məruz qalıblar. Nəticədə 613 nəfərə qədər mülki şəxsin həlak olub, daha çox sayda yaralı və girovun olduğu bildirilir”.
 
Konqresmenin sözlərinə görə, baş vermiş hadisəni dəyişmək artıq mümkün olmasa da, qurbanları yad edə və dünyaya xatırlada bilərik ki, mülki şəxslərin hədəfə alınması heç bir halda qəbul edilən deyil.
 
“Biz keçmişdən dərs almalıyıq. ABŞ sülhü dəstəkləyərək Xocalıda həlak olanların xatirəsini yad edir ki, bir daha heç kəs eyni aqibəti yaşamasın. Biz bu gün Xocalı qurbanlarını dərin kədərlə anırıq və onların xatirəsini qəlbimizdə və xatirəmizdə daim yad edəcəyik”, - deyə o qeyd edib.шаблоны для dle 11.2

Xəbər lenti
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
23 08 2025