Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (21-01-2022, 16:37)
Eldar Həsənova hökm oxundu

Eldar Həsənova hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənov hökm oxunub. Mediatv.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə hökmə əsasən, E.Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17.931.316 manat pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf edib və mənimsəyib.

O, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat məbləğində pulu leqallaşdırmaqda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat zərər vurmaqda və dövlət büdcəsinin 192.387 manat pulundan təyinatı üzrə istifadə etməməkdə ittiham edilir.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024