Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-01-2022, 14:23)
Bakı Moskva və Kiyev arasında vasitəçi ola bilər - ŞƏRH

 Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfər edib. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb, həmçinin Rusiya-Ukrayna gərginliyi müzakirə olunub.
 
Dünən isə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezidentlər danışıqlar zamanı Ukrayna ətrafında gedən prosesləri də müzakirə ediblər.
 
Son günlər dünyanın diqqətinin Ukrayna-Rusiya arasındakı gərginliyə yönəldiyi məqamda Azərbaycanın bu iki ölkə arasında vasitəçi rol oynaya biləcəyi ehtimal edilir.  Bu versiya nə qədər realdır?
 
Ukraynalı tanınmış siyasi ekspert Rinat Kosbasyuk Modern.az-a özəl açıqlamasında bildirib ki, Bakının Kreml və Kiyev ilə dostluq münasibətlərini nəzərə alsaq, Azərbaycanın iki  ölkə arasında vasitəçi ola biləcəyini deyə bilərik.
 
“Azərbaycan Ukrayna-Rusiya münaqişəsinin həllində bu və ya digər şəkildə müəyyən rol oynaya bilər. İstənilən halda Bakının xarici siyasəti Ankara ilə sıx qarşılıqlı əlaqədə olur. Müvafiq olaraq iki ölkənin Xarici İşlər Nazirlikləri arasında müəyyən konsensusdan sonra, Kiyevlə Moskva arasındakı qarşıdurmanı həll etmək üçün müəyyən tövsiyələr vermək olar. Eyni zamanda, unutmayaq ki, yekun tövsiyələr hələ də Ukraynanın Qərb müttəfiqlərində qalacaq. Müvafiq olaraq, Kiyev onları rəhbər tutur, lakin əminəm ki, rəsmi Kiyev prezident İlham Əliyevin fikrini nəzərə alacaq. Əgər bu, Azərbaycanın xarici siyasət doktrinasına uyğundursa, Ukrayna bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün təklifləri dəyərləndirəcək”, - deyə Rinat Kosbasyuk qeyd edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025