Sumqayıt şəhərində yerləşən 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsinə yeni rəis təyin olunub.
Mediatv.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazir Muxtar Babayev əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Fərid Piriyev təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək həmin idarənin rəis əvəzi idi.