Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (3-01-2022, 11:30)
Ruslar Qarabağda nə vaxta qədər HOQQABAZLIQ EDƏCƏKLƏR?

Ruslar Qarabağda nə vaxta qədər HOQQABAZLIQ EDƏCƏKLƏR...
"Erməni xisləti hansısa normal münasibətə, dostluq əlaqələrinin qurulmasına imkan vermir". Mediatv.az xəbər verir ki, bunu "Sherg.az"a Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

Partiya rəhbərinin sözlərinə görə, hətta bundan sonra Ermənistanla qonşuluq əlaqələri bərpa olunsa belə yenə də “çomağı əldən qoymaq” olmaz:

“Əvvəla onu deyim ki, ermənilər əllərinə düşən ilk fütsətdə yenidən düşmən yanaşma sərgiləyəcək və bizi arxadan vuracaqlar. Hətta cəzaları ikiqat verilsə belə, müəyyən müddət sonra təxribat haqda düşünməyə başlayacaqlar. Məsələnin kökündə o dayanır ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın ən mühüm müddəaları elə ilk saatlarda pozuldu. Bəyannamənin 4-cü bəndində konkret olaraq göstərilmişdi ki, “sülhməramlı” adlandırılan rusların ərazimizə daxil olması ilə paralel erməni silahlıları bölgəni dərhal tərk etməli idilər. Lakin bu, baş vermədi və müxtəlif bəhanələrlə üzərindən keçildi. Bir müddət sonra separatçılar erməni quldurlarını öz “orduları” adlandırmağa başladılar. Ən əsası isə rus sülhməramlıları erməni silahlılarına hərtərəfli açıq və gizli dəstək verməyə başladı. Hətta Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında “Dağlıq Qarabağın hərbi birləşmələri” sözü dəfələrlə təkrarlandı. Bununla kifayətlənməyərək, rəsmi Bakını ittiham etdilər. Azərbaycan Ordusunu Qarabağdakı “erməni hərbi birləşmələrinin mövqelərini” atəşə tutmaqda suçladılar. Atılan addımlar və açıqlamalar əsasən şüuraltına müəyyən mesajlar ötürməyə hesablanmışdı. Erməni quldurları və onların arxasındakı dairələr ardıcıl təxribatlarla öz çirkin əməllərini “adiləşdirməyə” başladılar. Buna birdəfəlik son qoymağın yeganə yolu erməni quldurlarını Qarabağdan rədd etmək, onlardan sui-istifadə hallarına imkan verməməkdir”.

A.Əlizadə vurğulayıb ki, Laçın dəhlizi tam olaraq Azərbaycanın nəzarətinə keçməyənədək, bu cür təxribat halları baş verəcək: “Heç bir halda qarşısını almaq mümkün deyil. O baxımdan narahatlığımız çox böyükdür. Siyasi partiya olaraq aylardır israrla səsləndirdiyimiz təkliflərə reaksiya verilmir. Hansısa rıçaqlara malik deyilik ki, bununla bağlı konkret addımlar ataq. Dəfələrlə bəyan etmişik ki, Qarabağdakı erməni quldurları məsələsi birbaşa Rusiya ilə müzakirə edilməli və yekun qərar verilməlidir. Laçın dəhlizi tamamilə nəzarətimizə verilmirsə, heç olmasa rus hərbçilərlə birgə mütləq Azərbaycan Silahlı Qüvvələrinin də iştirakına imkan yaradılmalıdır. Əks halda bizim şikayətimizdən Rusiya sülhməramlıları separatçını saxlayır, sonra sərbəst buraxırlar. Problemin üzərinə getmək lazımdır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024