Siyasət (23-03-2021, 14:30)
Rusiya yenidən Qarabağı işğal edəcək? – “MM”-in fiti...
"Mediatv.az" millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini qısa ixtisarla təqdim edir:
- Milli Şuranın Rusiya və Ermənistanın Türkiyə-Rusiya münasibətləri gərginləşəcəyi halda torpaqlarımızı yenidən işğal edə biləcəyi barədə həyəcan dolu çıxışlarının bir əsası varmı?
- Mən onları elə-belə “fit müxalifəti” adlandırmamışam ki! Onlar tapşırıq alıblar ki, nəyin bahasına olursa-olsun, Rusiya-Azərbaycan, Türkiyə-Rusiya münasibətlərini gərginləşdirmək və korlamaq lazımdır. Əvvəla onu deyim ki, Ərdoğanla Putin onların Qərbdə “sevilmədiyini” çox yaxşı başa düşürlər. Onu da bilirlər ki, ölkələrinin mənafeləri tələb edir ki, təhlükəsizlik və iqtisadi sahədə əməkdaşlıq etsinlər. Belə olan halda kiməsə xoş gəlmək üçün niyə bir-biri ilə münasibətləri pozmalıdırlar? Əvvəllər də qeyd etdiyim kimi, hər iki ölkə bir-biri üçün vazkeçilməz tərəfdaşa çevrilməkdədirlər. Bu fikirlər Azərbaycan-Rusiya münasibətlərinə də aiddir. Azərbaycan, bəzi gerizəkalıların dediyi kimi, Rusiya ilə müharibəyə hazırlaşmamalı, onunla dostluq və əməkdaşlıq münasibətlərini gücləndirməlidir.
“Fit müxalifəti”nin bir məqsədi də cəmiyyəti daim gərginlik altında saxlamaq cəhdidir. Düşünürlər ki, belə olarsa, ölkədə kütləvi psixoz vəziyyəti yaradıb sonda hətta əhəmiyyətsiz bir məsələyə görə insanları küçələrə töküb hansısa siyasi məqsədlərinə çata bilərlər. Ona görə ictimaiyyətin nəbzini yoxlamaq üçün bəzən özləri, bəzən ətraflarındakı adamlar vasitəsilə mitinqlər çağırırlar. Amma bəlli olur ki, nəinki xalq, hətta həmin adamların ailə üzvləri belə onların çağırışlarına əhəmiyyət vermir. Hazırda həm beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizdə suverenliyimizin tam bərpa olunması istiqamətində, həm də dövlət quruculuğu və iqtisadi sahədə görəcəyimiz çoxlu işlər var. Hesab edirəm ki, hər bir vətəndaşımız kimi, iqtidar da bunu görür və bunun fərqindədir. Problemlərin olması o demək deyil ki, xalqımız nifrət və qisas hissi ilə qovrulan, xarici dairələrin əlində vasitəyə çevrilmiş adamların çağırışlarına cavab verəcəkdir.
- Qüdrət bəy, Rusiyanın keçmiş Dağlıq Qarabağı Ermənistan və Azərbaycandan qoparıb öz nəzarətinə keçirməsi, erməni sakinlərə rus pasportları paylanması barədə şayiələrin yayılmasının əsası varmı?
- Hazırda 44 günlük savaşdan sonra Azərbaycan və Ermənistanın razılığı ilə bölgədə atəşkəsə nəzarəti Rusiya həyata keçirir. Rusiya 5 il müddətində özünün sülhməramlı missiyasını həyata keçirməli, Azərbaycan və erməni xalqlarının barışmasına, Azərbaycanın öz ərazisində suverenliyinin bərpa olunmasına və regional əməkdaşlığa töhfə verməlidir. Bunlar baş verməyəcəksə, Rusiyaya inam itəcək. İnanmıram ki, Rusiya Qarabağda qeyri-adekvat davranaraq, Türkiyə və Azərbaycanla əlaqələrini korlasın, bizi də Ukrayna, Gürcüstan və Moldova kimi özünə düşmən etsin. Erməni sakinlərə rus pasportlarının verilməsi barədə heç bir ciddi informasiya yoxdur, əksinə, biz görürük ki, Rusiya 10 noyabr Bəyannaməsi ilə onun səlahiyyətlərinə aid olmasa da, Ermənistanla sərhədlərin demarkasiyası istiqamətində hər iki tərəfə son dərəcə zəruri olan köməyi edir. Buna görə biz Rusiyaya təşəkkür etməli, gələcək barədə yaxşı düşünməli və bu istiqamətdə fəaliyyət göstərməliyik.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024