Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-11-2021, 14:30)
Erməniləri növbəti müharibəyə hazırlayan kimdir? - GƏLİŞMƏ

Erməniləri növbəti müharibəyə hazırlayan kimdir?
Xankəndində qanunsuz fəaliyyət göstərən separatçı-terrorçuların rəhbəri Araik Arutunyan yerli əhalini silahlanmağa çağırıb.

A.Arutunyan yaydığı açıqlamasında bildirib ki, bölgədə yaranmış gərginlik əhalinin fərdi şəkildə silahlanmasını zəruri edir. O, bunun üçün silah saxlamaq haqqında “qanuna” dəyişikliklər olunacağını bildirib. Rusiya Prezidenti Vladimir Putinə minnətdarlıqla yekunlaşan müraciətdə Araik qeyd edib ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin verdiyi hərbi-siyasi təminatlardan istifadə edərək, əhalinin təhlükəsizliyini ardıcıl surətdə yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik.

Maraqlıdır, Qarabağdakı separatçıların bu addımına Azərbaycan nə cavab verəcək?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan tərəfi bu məsələyə olduqca diqqətlə yanaşmalı və ciddi reaksiya verməlidir:

“10 noyabr 2020-ci ildə bağlanmış üçtərəfli Bəyannamənin dördüncü bəndində birmənalı şəkildə göstərilib ki, sülhməramlı adlandırılan rus hərbçilərinin Qarabağa daxil olmasıyla paralel olaraq, erməni hərbi birləşmələri ərazilərimizi tərk etməli idi. Təəssüflər olsun ki, bəyannamənin imzalanmasının üstündən 1 il keçməsinə baxmayaraq, həmin bənd kobud surətdə pozulub. Əslində, rus hərbçiləri də erməni terrorçu qruplarının orada qalmasına göz yumaraq Bəyannamənin şərtlərini pozublar.

Eyni zamanda, Rusiya Prezidentinin Bəyanatın altında olan imzası və Azərbaycana qarşı çox ciddi hörmətsizlik edilib.

Belə vəziyyətin yaranması ilə ermənilər bir qədər ruhlanaraq, revanşist hisslərlə yaşayırlar. Orada qanunsuz erməni hərbi birləşmələri olmağına baxmayaraq, indi də mülki əhalinin silahlandırılmasına başlanılır.

Fikrimcə, bundan sonra ermənilərin başına “Dəmir Yumruq” dəyməsə, Azərbaycana yönəlik təxribatlara əl atacaqlar. Hesab edirəm ki, çox ciddi surətdə bunun qarşısı alınmalıdır. İlk növbədə, Bəyannamənin dördüncü bəndi ilə bağlı məsələ gündəmə gətirilməlidir. Bununla bağlı Rusiya tərəfinə çox ciddi xəbərdarlıq olunmalıdır. Əgər bu bənd icra olunmasa, ermənilər gələcəkdə Azərbaycan vətəndaşlarına qarşı terrorlar etməyə cəhd edəcəklər”.

Partiya sədri deyib ki, Azərbaycan öz suveren ərazilərində antiterror əməliyyatları həyata keçirmək hüquna malikdir:

“Bu, ölkəmizin beynəlxalq hüququdur. Ümumiyyətlə, qanunsuz erməni hərbçilərinin olduğu ərazilər Azərbaycana məxsusdur. Hətta Rusiya Prezidenti Vladimir Putin də deyib ki, həmin yerlər Azərbaycan ərazilərdir. Ölkəmiz öz ərazisində digər bir dövlətin qanunsuz hərbi birləşmələrinə mövcudluğuna son qoymaq haqqına sahibdir. Sonuncu dəfə xəbərdarlıq edildikdən sonra erməni hərbçilərin antiterror əməliyyatı ilə tərksilah olunmasına başlanılmalıdır. Əks təqdirdə, bu, Azərbaycan üçün gələcəkdə çox ciddi fəsadlara yol aça bilər. Düşünürəm ki, bunun qarşısı əvvəlcədən alınmalıdır. Mütləq mənada erməni silahlı dəstələri ərazilərimizdən çıxarılmalı, tərksilah edilməli və hətta məhv olunmalıdır”
шаблоны для dle 11.2

Xəbər lenti
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025