Siyasət (8-12-2014, 17:25)
Norveçin Azərbaycandakı səfiri Gəncədə olub - Foto
Norveçin Azərbaycandıkı səfiri Bard İvar Svendsen dekabrın 8-də Gəncədə olub
"Mediatv.az"-a daxil olan məlumata görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən səmimi və mehribanlıqla qarşılanan səfirlə işgüzar görüş keçirilib.
Görüş zamanı səfirə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, onun sənaye potensialı, mədəniyyəti, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən 1 milyon qaçqın və məcburi köçkünün bir qisminin Gəncədə məskunlaşdığını bildirən Elmar Vəliyev ölkə başçısının diqqət və qayğısı ilə onların sosial-məişət problemlərinin həll edildiyini də diqqətə çatdırıb.
Səfir Bard İvar Svendsen qonaqpərvərliyə görə minnətdarlığını bildirib və deyib ki, Azərbaycanla Norveç arasında diplomatik münasibətlər 1992-ci ilin iyun ayından qurulub. Norveç Krallığının Azərbaycandakı səfirliyi isə 1998-ci ildən fəaliyyət göstərir. Ötən bu müddət ərzində Norveçlə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Norveç Krallığı dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında və sülh yolu ilə həllini dəstəkləyir.
Görüşün sonunda norveçli diplomat Bard İvar Svendsenə Heydər Əliyev Park-kompleksinin şəkilləri olan albom və dahi Azərbaycan şairi Nizami Gəncəvinin nəfis şəkildə çap olunmuş əsərləri hədiyyə edilib.
Gülyanaq İsmayılqızı
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024