Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-05-2014, 15:26)
“Dağlıq Qarabağın işğalı qəbuledilməzdir”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Hondurasın xarici işlər naziri Mireya Aquero de Korraleslə görüşüb


Mediatv.az  xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında E.Məmmədyarov bildirib ki, Azərbaycanın Mərkəzi Amerika ölkələri ilə əməkdaşlığında yeni bir səhifə açılır.

Onun sözlərinə görə, bu əməkdaşlıq üçün imkanlar mövcuddur. Nazir görüşdə ikitərəfli əməkdaşlığın geniş spektrdə müzakirə olunduğunu, həmkarına Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdiyini vurğulayıb.

O deyib ki, Honduras Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin BMT qətnamələri çərçivəsində həllinə tərəfdardır. XİN rəhbəri Honduras hökumətinin Qarabağa dair qəbul etdiyi qətnamədə münaqişənin beynəlxalq hüquq prinsipi əsasında həllinin qeyd edildiyini deyib.

Xanım Korrales isə bildirib ki, iki ölkənin regional və beynəlxalq səviyyədə mövqeləri üst-üstə düşür.

“Biz Azərbaycanla ikitərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq. Azərbaycanın Latın Amerikasındakı mövqelərini dəyərləndiririk və düşünürük ki, münasibətlər çox vacib, əhəmiyyətli bir müstəviyə keçə bilər”.

Dağlıq Qarabağ barədə danışan nazir deyib ki, Honduras işğalı qəbul etmir və bu məsələnin beynəlxalq ictimaiyyətin diqqətindən yayınması qəbuledilməzdir.

“Beynəlxalq ictimaiyyət bunun humanitar tərəfinə, qaçqın probleminə diqqət yetirməlidir. Hazırkı durum həm humanitar, həm də beynəlxalq qanunlar baxımından ədalətsiz bir vəziyyətdir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024