Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-12-2014, 18:37)
Azərbaycanla Norveç arasında 2 saziş imzalandı

Xarici işlər nazirinin müavini Xələf Xələfovla Norveç Krallığının Azərbaycandakı səfiri Bord İvar Svendsen arasında keçirilən görüşdə iki ölkə arasında münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri müzakirə edilib

 

XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanıb. 
İmzalanmış sənədlər Azərbaycan Respublikası və Norveç Krallığı vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsini, hər iki ölkənin diplomatik pasporta malik vətəndaşları üçün vizasız rejimi, tələb olunan sənədlərin sayının, müraciətlərə baxılma müddətinin və viza rüsumunun azaldılmasını və Azərbaycan və ya Norveç ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxslərin müəyyən edilməsini, onların təhlükəsiz və nizamlı şəkildə qayıtmalarının tez və səmərəli həyata keçirilməsini nəzərdə tutur.
Sazişlərin imzalanması Azərbaycan və Norveç arasında iqtisadi, humanitar, mədəni, elmi və digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024