Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-11-2021, 11:10)
Erməni keşişlər Laçındakı qanunsuz kilsələrində növbəti "ali ibadət" mərasimi keçirdi...

Erməni keşişlər Laçındakı qanunsuz kilsələrində növbəti "ali ibadət" mərasimi keçirdi...
Noyabrın 15-də Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarəti altında qalan Laçın şəhərindəki “Tanrının yüksəlişi” kilsəsində “ata” Benjamin Saturyanın rəhbərliyi ilə xristianların ail ibadət ayini sayılan “ilahi” liturgiya mərasimi keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin keçmiş Dağlıq Qarabağın, eləcə də Laçın, Kəlbəcər, Ağdam, Tərtər rayonlarının bir hissəsində faktiki fəaliyyət göstərən “Artsax Yeparxiyası”nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “müqəddəs” mərasimdə hazırda Laçında qanunsuz olaraq sülənən haylar, o cümlədən qondarma “Kaşataq rayonu”nun qeyri-qanuni “administrasiyası”nın rəhbəri Muşeq Alaverdyan və Laçın şəhərinin qanunsuz “mer”i Narek Aleksanyan iştirak ediblər.

O da bildirilir ki, 2020-ci ildəki 44 günlük müharibədən sonra Laçındakı erməni kilsəsində keçirilən ikinci belə ayindir. Hay keşişləri “müqəddəs” liturgiyadan sonra Laçın rayonunun ermənilərin qanunsuz süləndiyi digər məntəqəsinə - “Aqavno” adlandırdıqları Zabux kəndindəki “müqəddəs şəhidlər” kilsəsində də növbəti vəftiz – xaç suyuna çəkilmə mərasimi icra ediblər.

Hayların Xankəndindəki dini qurumundan o da əlavə edilib ki, bundan sonra Laçındakı kilsədə ayda bir dəfə belə ayin keçiriləcək.

Xatırladaq ki, faktiki olaraq 30 ilə yaxındır işğal altında qalan Laçın şəhərində erməni kilsəsi qanunsuz olaraq 1996-1998-ci illərdə tikilib. Kilsənin həyətində qondarma “1915-ci il erməni “soyqırımı”na və 1988-ci il Spitak zəlzələsi qurbanlarına abidələr qoyulub, xaçkarlar qurulub.

Erməni keşişlər Laçındakı qanunsuz kilsələrində növbəti "ali ibadət" mərasimi keçirdi...
Erməni keşişlər Laçındakı qanunsuz kilsələrində növbəti "ali ibadət" mərasimi keçirdi...
шаблоны для dle 11.2

Xəbər lenti
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
28 08 2025
28 08 2025
28 08 2025