Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-11-2021, 16:33)
Kəlbəcərdə- Xudavəng məbədimizdəki erməni keşişlər "sülhməramlı"lara xeyir-dua verdi

Kəlbəcərdə- Xudavəng məbədimizdəki erməni keşişlər "sülhməramlı"lara xeyir-dua verdi
Kəlbəcər rayonunun Vəng kəndindəki 27 illik işğal dövründə erməniləşdirilmiş və təəssüf ki, rayonun əksər ərazisi azad olunduqdan sonra da Azərbaycan rəhbərliyinin də razılığıyla faktiki olaraq erməni kilsəsinin tabeliyində qalmış qədim abidəmiz olan Xudavəng məbədində sülənən erməni keşişlər Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin hərbçilərinə xeyir-dua veriblər.

Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri məlumat yayıb.

Keşişlər 10 noyabr razılaşmasından bəriki 1 il ərzində Qarabağla yanaşı, bu məbəddəki ermənilərin də təhlükəsizlini təmin etdiklərinə və “Dadivank məbədinin erməni obrazının qorunub saxlanılmasındakı” dəstəklərinə görə Rusiya hərbçilərinə minnətdarlıq da ediblər.
Xatırladaq ki, 2021-ci ilin mayınadək Ermənistan və Qarabağdakı erməni zəvvarların(?) Rusiya hərbçilərinin müşayiəti ilə Xudavəng məbədini ziyarətlərinə icazə verilib. Lakin o dövrdən bəri Azərbaycan ordusu belə ziyarətlərə icazə vermir.

Hazırda erməni mediasında, nə yolla olursa-olsun, Xudavəng məbədinə ziyarətə icazə alınacağı barədə informasiyalar yayılmaqdadır...
шаблоны для dle 11.2

Xəbər lenti
1 09 2025
1 09 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025