Siyasət (10-11-2021, 10:34)
Lavrov, Bayramov, Mirzoyan... - yüksək səviyyəli görüşə hazırlıq gedir

"Lavrovun bir həftə ərzində ikinci dəfə Bayramov və Mirzoyanla telefonla danışması yüksək səviyyəli görüşə hazırlıq üçün yenidən nələrisə razılaşdırmaq məqsədi daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli noyabrın 8-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Ararat Mirzoyan, ardınca isə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla olan telefon danışığını şərh edərkən deyib:
"Fikrimcə, yüksək səviyyəli görüşə hazırlıq gedir. Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin iştirakı ilə Moskvada görüş hazırlanır. Həmin görüşdə müəyyən sənədlərin, müəyyən razılaşmaların imzalanması nəzərdə tutulur. Bu səbəbdən Lavrov, Ceyhun Bayramov və Mirzoyan arasında yüksək səviyyəli görüşün forması və masaya qoyulacaq sənədlərin razılaşdırılması prosesi gedir”.
Həmsöhbətimizin fikrincə, bir həftə ərzində tərəflər arasında iki dəfə telefon danışığının olması onu göstərir ki, birinci danışıqdan sonra üst-üstə düşməyən məqamlar olub, ona görə də məsləhətləşmələr üçün əlavə vaxt istənilib:
"Bilirsiniz ki, Lavrovun azərbaycanlı və ermənistanlı həmkarı ilə telefon danışığı bir neçə gün bundan əvvəl də olmuşdu. Yəni bu yaxın müddət ərzində Lavrovun Bayramov və Mirzoyanla sayca ikinci telefon danışığıdır. Ola bilsin, birinci telefon danışığında müəyyən məqamlar üzrə tərəflərin mövqeyi üst-üstə düşməyib. Bu səbəbdən bəzi məsləhətləşmələr üçün əlavə vaxt istənilib. Ona görə də yenidən nələrisə razılaşdırmaq, yenidən hansısa məlumatları ötürmək üçün ikinci belə telefon danışığına ehtiyac yaranıb.
Adətən xarici işlər nazirləri yüksək səviyyəli görüş ərəfəsində bir-birilə məsləhətləşir, müəyyən məsələləri götür-qoy edirlər. Putin üçlük görüşündə moderator rolunu oynadığı kimi, xarici işlər nazirlərinin görüşündə də moderator rolunu Lavrov icra edir. Hər halda, baş tutan bu telefon danışıqları üzümüzə gələn həftə olması gözlənilən yüksək səviyyəli görüşlərin hazırlanması ilə bağlıdır”.
Qeyd edək ki, noyabrın 8-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov əvvəlcə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanla telefonla danışıb. Ardınca isə Rusiya XİN-in rəhbəri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla əlaqə saxlayıb. Onu da xatırladaq ki, Lavrov bir həftə bundan öncə də, yəni noyabrın 1-də Mirzoyanla, noyabrın 2-də isə Bayramovla telefon əlaqəsi qurmuşdu.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
Aqrar Xidmətlər Agentliyi vergi borcu olan şəxslə müqavilə bağladı - qanunlar kimin umrundadır ki...
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
2 09 2025
2 09 2025
2 09 2025