Siyasət (9-11-2021, 13:46)
Dünyanı çirkləndirən əsas ölkə: vəd verir, əməl etmir...

Mediatv.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu iqlim dəyişiklikləri ilə bağlı qeyd edib.
O bildirib ki, oktyabrın sonlarında BMT-nin iqlimlə bağlı sammiti keçirilib:
“İngiltərinin “Qardian” nəşrinin yazdığına görə, dünyanı çirkləndirən əsas ölkələrdən biri Çindir. İqlim üzrə mütəxəssislər Çinin iqlimin sağlamlaşdırılmasıyla bağlı fəaliyyətsiz olduğunu, bunun isə qlobal fəlakətə apardığını iddia edirlər. Söhbət ondan gedir ki, Çin iqtisadiyyatı böyüdükcə və genişləndikcə bu ölkənin atmosferə buraxdığı zəhərli maddələrin miqyası artır. Pekin qlobal istiləşməyə səbəb olan atmosferin çirklənməsinə qarşı tədbirlər görəcəyini vəd etsə də, irəriləyiş yoxdur. Çünki hədəf daha çox gəlir əldə etmək, o cümlədən yeni zavod və fabriklər tikməkdirsə, çirklənmə davam edəcək”.
Atmosferə buraxılan zəhərli maddələrin pik nöqtəsinin 2030-cu ildə qeydə alınacağı barədə mütəxəssis hesabatlarını xatırladan politoloq əsas problemin kömür şaxtalarıyla bağlı olduğunu vurğulayıb:
“Zavodların, fabriklərin və fərdi evlərin kömürdən istifadə etməsi çirkləmənin miqyasını artırır. Pekin beynəlxalq aləmi sakitləşdirməyə çalışır ki, kömürdən istifadəni ildən-ilə azaldacaq, alternativ enerjidən istifadəni 25 faizə çatdıracaq, meşə massivləri salacaq. Bunlar hamısı xoş niyyətlərdir.
Beynəlxalq birlik Çindən qəti addımlar gözləyir. Çin çirkli enerjidən istifadəni davam etdirdikcə durum dəyişməyəcək. Pekinin bir başqa vədinə görə, Çin xarici ölkələrdə kömürlə işləyən elektrik stansiyalarının tikintisini dayandıracaq. Ancaq bu da hələ vəd olaraq qalır. Ümumilikdə atmosferin çirklənməsinin 30 faizi Çinin payına düşür”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
Aqrar Xidmətlər Agentliyi vergi borcu olan şəxslə müqavilə bağladı - qanunlar kimin umrundadır ki...
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
2 09 2025
2 09 2025
2 09 2025