Siyasət (6-10-2021, 20:01)
Bağdad Amreyev Zəngəzur dəhlizindən danışdı

Mediatv.az xəbər verir ki, bunu Report-a sözügedən iclasda iştirak edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev bildirib.
Onun sözlərinə görə, bu gün beynəlxalq səviyyədə daşınacaq yüklərin həcmi sürətlə artır, yükdaşımada 2-2,5 dəfə artım müşahidə edilir:
“Bu, böyük göstəricidir. Bu istiqamətdə uğura nail olmaq üçün yeni marşrutlar və həll yolları lazımdır. Hazırda yeni marşrutlar var və biz onları dəyərləndiririk"
B.Amreyev ölkələr arasında bu sahədə mövcud olan qanunvericiliyin bir-birinə uyğunlaşdırılması ilə bağlı iş aparıldığını deyib:
“Hazırda Şərq-Qərb istiqamətində yeni dəhlizləri dəyərləndiririk. Buraya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi də aiddir. Həmçinin beynəlxalq yükdaşımada rüsumların azaldılması əsas müzakirə mövzularından biridir”.
O, Nəqliyyat və Kommunikasiya Şurasının 12-ci iclasında çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunduğunu bildirib: “Azərbaycanın tarixi qələbəsindən sonra nəqliyyat sahəsində yükdaşımaların daha yüksək səviyyəyə çatdırılması üçün tarixi imkanlar yaranıb. Bunları reallaşdırmaq üçün iradə olmalıdır. Belə bir iradəni Azərbaycan Prezidenti İlham Əliyev nümayiş etdirir. Bu isə tarixi məqamı maksimum dəyərləndirmək üçün böyük şansdır. Ermənistanın da bu mövzuda konstruktiv mövqedən çıxış edəcəyinə ümid edirəm" .

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
8 09 2025