Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-08-2021, 14:29)
Prezident açılışa qatıldı - Fotolar


Prezident açılışa qatıldı


Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının açılışında iştirak edib.

“Mediatv.az” xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına məlumat verib ki, bu yarımstansiya bütövlükdə Bakı və Abşeron yarımadasının əksər hissəsini elektrik enerjisi ilə təchiz edir.

Prezident İlham Əliyev “Abşeron” yarımstansiyasını işə salıb.


Yarımstansiya Azərbaycanın 4 ən böyük istilik elektrik yarımstansiyası - “Azərbaycan” İstilik Elektrik Stansiyası, “Sumqayıt”, “Şimal” və “Cənub” Elektrik Stansiyaları, həmçinin Mingəçevir Su Elektrik Stansiyası, “Səngəçal”, “Qobu” elektrik stansiyaları, “Xaçmaz” modul tipli elektrik stansiyası ilə əlaqələndirilib. Beləliklə, bu yarımstansiya bu qədər böyük generasiya mənbələri ilə əlaqələndirilən yeganə qovşaq yarımstansiyasıdır.

Yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir standartlara cavab verən innovativ həllərin tətbiqinə nail olunub.

Qarşıda duran layihələrdən biri də Rusiya ilə mövcud Yaşma-Dərbənd xəttinə paralel olaraq yeni 330 kilovoltluq Dərbənd-Abşeron xəttinin tikintisidir. Bununla əlaqədar yarımstansiyada genişləndirmə işləri aparılıb.









шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024