Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-08-2021, 13:25)
Ermənilər davamlı olaraq nədən bu istiqaməti atəşə tutur... - Niyə məhz Naxçıvan?

Ermənilər davamlı olaraq nədən bu istiqaməti atəşə tutur...
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Rəsmi məlumatda bildirilir ki, əməliyyat şəraiti ordu bölmələrimizin nəzarəti altındadır, itki yoxdur.

Maraqlıdır, erməni hərbi qüvvələrinin Naxçıvanı hədəf alması nədən irəli gəlir?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimovun sözlərinə görə, ilin sonunadək Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq:

"Bu il təkcə Qazaxın işğalda olan kəndləri yox, eyni zamanda Naxçıvanın da işğalda olan kəndi geri qaytarılacaq. Sərhədlərin delimitasiyası, sülh sazişinin imzalanması kimi məsələlər də ilin sonunadək reallaşacaq. Yəni, bu gün Ermənistanın Naxçıvanı davamlı olaraq atəşə tutmasının kökündə məhz bu narahatlıqlar dayanır. Lakin erməniləri narahat edən əsas məqam sülh sazişinin imzalanmasıdır ki, bunu da Nikol Paşinyan hakimiyyətinin ilk illərindən istəyir. Çünki Qarabağ məsələsi

tam həll olunarsa, Ermənistan Rusiyanın təsir dairəsindən çıxacaq və ABŞ-la yaxınlaşmaq şansı qazanacaq. Bunu başa düşən Rusiyaya bağlı erməni qüvvələri etiraz əlaməti olaraq Naxçıvan da daxil olmaqla, sərhədboyu ərazilərdə təxribatlar törətməyə çalışır".

Politoloq Azərbaycan-Ermənistan sərhəddində yerləşən rus hərbi qüvvələrinin də tezliklə geri çəkiləcəyini bildirib. Ekspert buna səbəb kimi sərhədlərin delimitasiya və demarkasiyasını göstərib:

"Bundan başqa, Ermənistan-Azərbaycan sərhədləri boyunca rus qüvvələrinin yerləşdirilməsi Azərbaycanda müzakirələrə səbəb olub və narazılıqla qarşılanıb. Erməni qüvvələri isə bu müzakirələrdən narahat olaraq, rusların mövqeləri tərk etməməsini istəyir və bundan da irəli gələrək təxribat törətməyə çalışırlar. Düşünürəm ki, həmin rus silahlı birləşmələri iki ölkə arasında əmin-amanlığın yaradılmasına xidmət etmədiyi üçün yaxın gələcəkdə geri çəkilməyə məcbur olacaqlar. Həm də sərhədlərin delimitasiyası baş tutduqdan sonra həmin qüvvələrin sərhədboyu yerləşdirilməsi üçün heç bir əsas yoxdur. Baxmayaraq ki, Paşinyan sərhədlərin delimitasiya və demarkasiyası barədə dəfələrlə danışıb, lakin yenə də Ermənistandakı müxalif qüvvələr bununla razılaşmaq istəmir".
шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024