Siyasət (5-08-2021, 13:41)
İran bizə dost ola bilməz! – “Durbinlə nəyə və niyə baxırdı?”

İranın Ermənistandakı səfiri Bədəxşan Zohuri Kəlbəcər ilə sərhəddə yerləşən erməni hərbi hissələrinə baş çəkib. Onu İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi Bəhmən Sadegin və Ermənistan Müdafiə Nazirliyinin yetkililəri müşayiət ediblər. Kəlbəcər ilə sərhəddə yerləşən erməni hərbi hissəsinin komandiri, general-mayor Araik Harutyunyan son olaylardan bəhs edib.
Jurnalist, siyasi şərhçi Elçin Alıoğlu bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“O, əli ilə əsgərlərimizi göstərərək "Bax, orada durublar, bizə hədə və təhdidə çevriliblər" söyləyib. Sərhədimizə Fransa və ABŞ-ın Ermənistandakı səfirlərinin "başmaq seyr"lərini anladıq. Bəs Qarabağ müharibəsi ilə bağlı "fətva"nın verildiyi, bizə "dost və qardaş" deyən İranın Ermənistandakı səfirinin Azərbaycanla sərhəddə nə işi var?
O, durbinlə nəyə və niyə baxırdı? Yayılan fotolarda səfir Zohuri durbinlə mövqelərimizə elə diqətlə baxır ki, sanki Ermənistan-Azərbaycan sərhədində yox, İranın sərhədlərini yarmağa çalışan qüvvənin mövqelərinin qarşısında durub.
Olmaya "Ermənistan sərhədlərinin toxunulmazlığı" İran üçün öz dərdlərindən, problemlərindən daha vacibdir? Bundan başqa, torpaqlarımızın bir hissəsinin erməni işğalında olduğu 28 il ərzində nə üçün İran belə "qayğı"nı müsəlman Azərbaycanla bağlı nümayiş etdirmədi? İran bizə qonşu və tərəf-müqabili ola bilər. Qardaş, sirdaş, dost isə əsla”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
Aqrar Xidmətlər Agentliyi vergi borcu olan şəxslə müqavilə bağladı - qanunlar kimin umrundadır ki...
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
2 09 2025
2 09 2025
2 09 2025