Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-05-2021, 21:00)
Türklər qətl edilir! - “Növbəti dəfə rəsmi Tiflislə ciddi danışılacaq”

Türklər qətl edilir!
Ötənlərdə Gürcüstanın paytaxtı Tiflis növbəti insident baş verib. Hadisə Tbilisinin mərkəzi Abanotubani rayonunda yaşanıb. İnsident zamanı 31 yaşlı yerli azərbaycanlı qətlə yetirilib. Hadisə zamanı bir neçə azərbaycanlı gənc soyuq silahla xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdiriliblər.
Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub. Hadisənin digər detalları hələ məlum deyil.

Baş verənləri “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, növbəti dəfə belə bir hal yaşansa, Azərbaycan tərəfi ciddi danışıqlar aparmalı olacaq:

“Ötəndəfəki hadisədən sonra rəsmi Tiflis açıqlama verdi ki, hadisəni araşdıracaqlar və cinayətkarlar tutulacaq. Sonra barışıq həyata keçirildi. Amma ikinci insidentin də şahidi olduq. Düzdür, azərbaycanlılarla başqa millətin nümayəndələri arasında toqquşma baş verib. Artıq bu olayların təsadüfi olmadığına dair bizdə fikir formalaşır. Vəziyyətin bu həddə çatmasında müəyyən maraqlı qüvvələr var. Həmin qüvvələr Ermənistanda və Rusiyada da mövcuddur. Çünki Gürcüstanla-Azərbaycan əlaqələrinin pozulmasını istəyirlər. Lakin proseslə məşğul olmaq bizim işimiz deyil. Gürcüstan dövləti araşdırmalıdır. Müəyyən qüvvələr iki ölkə arasındakı münasibətlərin pozulmasında maraqlıdırlar və buna görə də insident yaradırlar. Onlar müəyyənləşdirilib cəzalandırılmalıdırlar. Mixael Saakaşvili prezident olduğu illərdə bu cür təxribatların qarşısı alınırdı, erməni separatçıları həbs olunurdu. Sonrakı hakimiyyət isə onları azad etdi, indi nə işlə məşğul olduqları bəlli deyil”.

E.Şahinoğlunun sözlərinə görə, Gürcüstan rəhbərliyi anlamalıdır ki, azərbaycanlılara qarşı bu cür hallar artarsa, bu, birbaşa Gürcüstan-Azərbaycan münasibətlərinə təsir göstərəcək:

“Əlbəttə bunu istəmərik, çünki Gürcüstan bizim əməkdaşımızdır və strateji əlaqələrimiz var. Lakin bu əlaqələr ilk növbədə Gürcüstanın maraqlarına cavab verir. Azərbaycanın investisiyaları, boru xətləri, nəql etdiyimiz qaz Gürcüstana lazımdır. Ona görə də diqqətli olmalı və belə insidentlərin qarşısını almalıdırlar. Üçüncü dəfə belə hadisə baş versə, rəsmi Tiflsilə ciddi danışmalı olacağıq"
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024