Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-05-2021, 11:07)
İrandan Xankəndi və İrəvana gizli dəstək

İrandan Xankəndi və İrəvana gizli dəstək
İran TIR-ları hələ də Ermənistana və oradan Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərinə müəmmalı yüklər daşımaqda davam edir. “Yeni Müsavat” bildirir ki, İran tərəfi bu yüklərin nədən ibarət olduğuna və nə məqsədlə Qarabağa daşındığına rəsmi aydınlıq gətirməyib.

44 günlük müharibənin ilk vaxtlarında da İran üzərindən Ermənistana hərbi yük daşınması xəbərləri geniş yayılırdı. Prezident İlham Əliyev qələbədən sonra çıxışlarının birində vurğulamışdı ki, rəsmi Bakının xahişini nəzərə alan Tehran bu daşınma üçün tranziti bağlayıb. İndi isə İranın özünün ermənilərə yardım apardığı məlumatları var və Azərbaycanın əsl həqiqəti öyrənməyə haqqı çatır. Ona görə Tehran izahat verməlidir - niyə, nə üçün...

Çünki Qarabağ bizim ərazimizdir və Azərbaycanla razılaşdırmaqla addımlar atılmalıdır. Ümumiyyətlə, son dönəmlər cənub qonşumuzdan giley-güzar artmaqdadır. Bəzi İran rəsmilərinin anti-Azərbaycan bəyanatları nəzərdən qaça bilməz. Bunu Tehranın Azərbaycanın öz ərazi bütövlüyünü bərpa eləməsini həzm edə bilməməsi ilə əlaqələndirənlər var. Bu azmış kimi, İrandan Ermənistana hərbi kömək təklif edilir. Bu məqsədlə iranlı generalların İrəvana gəldiyi haqda məlumatlar da yayılıb. İrəvanın “Zvartnots” hava limanında enən təyyarədən 10-a yaxın yüksək rütbəli zabitin düşdüyü qeyd olunur.

Erməni siyasi şərhçi Andranik Hovannisyanın dediyinə görə, onların səfər etməkdə əsas məqsədi Ermənistan hakimiyyət orqanlarına hərbi yardım təklif etmək idi. İran tərəfi bütün sərhəd boyunca texnika və İran qoşunlarının Sünikə müvəqqəti yerləşdirilməsi üçün bu təklifi etmişdi.

İran Türkiyənin bölgədəki artan təsirindən son dərəcə narahat olduğu üçün bu addımı atıb. Ermənistan hakimiyyəti İran tərəfinin köməyini rədd edib. Lakin bu artıq ikinci rəddir, ilk dəfə 2020-ci ilin oktyabrında, İkinci Qarabağ müharibəsi dönəmində Ermənistan tərəfi İranın köməyindən imtina etmişdi.

Yeri gəlmişkən, İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Muctəba Zunnuri Ermənistanın Zəngəzur vilayətinin sərhədlərinin “toxunulmaz qalmalı olduğunu və bölgədə hər hansı sərhəd dəyişikliyinə sərt cavab verəcəklərini” bəyan edib.

Siyasi analitik Elxan Şahinoğlunun məsələyə şərhi belə olub ki, Azərbaycan nə zamansa Zəngəzura sahiblənsə İranın Ermənistanla sərhədi olmayacaq: “Bu perspektivi isə İrandakı dairələr qəbul etmək istəmir, deputatlar ”sərhədlər dəyişdirilə bilməz" deyir, iranlı generallar İrəvana gedirlər. Halbuki, Ermənistan sərhədləri dəyişdirib Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxlayanda cənubdan buna etiraz yox idi. Ona görə İranla münasibətlərdə növbəti gərginliyə hazır olmalıyıq".

İrandan Qarabağa yüklərin daşınmasında Rusiyaya ünvanlı suallar da var. Rəsmi Bakı sülhməramlı kontingentin rəhbərliyindən izahat istəyəcəkmi? Həmçinin, Tehran Bakı ilə münasibətlərini pisləşdirən bu addımlarına görə açıqlama verəcəkmi?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu cür məlumatları ciddi şəkildə yoxlamaq lazımdır, bəzən dəqiqləşdirilməmiş xəbərlər səhv çıxır. Politoloqun fikrincə, hazırda Ermənistanın taktikası süni şəkildə təxribat formalaşdırmaqdır. “Ona görə bu cür məlumatlara həmişə şübhə ilə yanaşıram. İrandan gedən yüklər humanitar yardım deyil, hansısa mallardır. Bu da normal haldır. Sadəcə, təəssüf ki, Azərbaycanın nəzarəti yoxdur. İstənilən malı gətirmək olar, amma bizim qanunlarla olmalıdır”, - deyə T.Zülfüqarov qeyd etdi.

Sabiq nazir hesab edir ki, İran hərbçilərinin İrəvan səfəri də şübhəlidir: “Ermənistan istəyir ki, Qərbə yaxınlaşsın. Ona görə İranla hansısa hərbi əməkdaşlıqda maraqlı olacağını düşünmürəm. Zəngəzurun bizim nəzarətimizə keçməsi ilə İranın Ermənistanla sərhədi olmayacağını düşünənlər var. Amma kommunikasiyaların bərpası İranın xeyrinədir. Elə ən böyük fayda İran görəcək. Ona görə şimal-cənub dəhlizinin işə düşməsi İranın marağındadır. Hesab edirəm ki, bütün bunlar erməni tərəfindən süni şəkildə ortaya atılıb. Onların məqsədi Azərbaycanla İran əlaqələrini pisləşdirməkdir. Gürcüstan hadisələrini də bu kontekstdə görürəm. Ona görə təmkinli olmalıyıq. Hansısa qüvvələr Azərbaycanın qonşuları ilə əlaqələrinin gərginləşməsini istəyir. Çünki İran müharibədə bizi dəstəkləyib və silahların keçməisnə maneələr yaradıb. Eyni addımı Gürcüstan da atıb. İndi hər iki qonşu dövlətlə münasibətləri kəskinləşdirmək üçün belə təxribatlara yol verilir”..

Politoloq Qabil Hüseynli isə teleqraf.com-a bildirib ki, bu, İranın riyakarlığının, saman altından su yeritməsinin üstünün açılmasıdır: “Əgər Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlaya bilibsə, ilk növbədə İrana borclu olmalıdır. İran onun üçün nəfəslik açıb, ehtiyacı olan hər şeyi göndərib. İran Ermənistan qədər Azərbaycana ziyan vurmuş dövlətdir. Açıq danışmaq lazımdır, ”İran bizim dostumuzdur", “İran bizim qardaşımızdır” kimi ətürpərdən şüarlardan imtina etmək lazımdır".

Onun fikrincə, İran müharibə dövründə də, ondan əvvəl də Ermənistana silah göndərib: “İndi də Ermənistanı ”qorumaq" üçün bölgədə qoşun yerləşdirmək istəyir. Nə qədər hədlərini aşıblarsa, reallıq hisslərini nə qədər itiriblərsə, bizimlə Ermənistan arasında qoşun kontingenti yerləşdirmək istəyirlər".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024