Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-05-2021, 11:00)
“Əgər 4 il yarımdan sonra Azərbaycan sülhməramlılardan imtina etsə, nə baş verəcək?” - Ermənistan KİV

“Əgər 4 il yarımdan sonra Azərbaycan sülhməramlılardan imtina etsə, nə baş verəcək?”
“Üçtərəfli bəyanata görə, 4 il 6 ay ərzində Azərbaycan sülhməramlıların xidmətindən imtina edə bilər, bundan sonra nə olacağı sual doğurur və mənim də bu suala cavabım yoxdur”.

Moderator.az xəbər verir ki, erməni mediasının yazdığına görə, Ermənistanın ikinci terrorçu prezidenti Robert Köçəryan bunu səhiyyə sektorunun nümayəndələri ilə görüşündə söyləyib.

“Bu məsələ ilə Ermənistan hökuməti hər gün məşğul olmalıdır ki, ən azı ilin sonuna qədər hər bir Qarabağ sakini bundan sonra nə olacağını bilsin? Hər şeyi tərk etsək, 3 ildən sonra bir faktla qarşılaşacağıq. Danışıqlar prosesi bərpa edilməli, ehtimal ki, Minsk qrupu çərçivəsində olmalıdır...

Əgər Rusiya bu təşəbbüsü tam olaraq ələ alıbsa, məlum səbəblərdən format dəyişməlidirsə, o zaman Rusiya danışıqlar prosesini də öz üzərinə götürərək əsas hərəkətverici qüvvə ola bilər. Hər şeyin Minsk qrupu çərçivəsində davam etməsi arzu edilir, əgər bu alınmasa - Rusiya, amma proses belə olmalıdır...

Mümkün olan hər şeyi etməliyik ki, diplomatik proses davam etsin, əks təqdirdə 4,5 ildə eyni böhran yaşayacağıq, bu da böyük ehtimalla humanitar böhrana çevriləcək ”-deyə Köçəryan bildirib.

Ermənistanın sabiq başçısı hər kəsin sülhməramlıların getməsi halında nə olacağını anlamalı olduğunu vurğulayıb.

“Bunun üzərində işləməliyik, amma mövcud hökumət bunu edə bilmir, onlar öz günlərinin mövzusu ilə məşğuldurlar. Belə təəssürat yaranır ki, sanki bu ölkədə başqa heç bir problem yoxdur”-deyə terrorçu eks-prezident fikrini tamamlayıb.

P.S....

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024