Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-05-2021, 22:42)
Xoşbəxt qələm sahibi!

 










Hörmətli Sabir bəy, ölkə başçısı tərəfindən Şöhrət ordeni ilə, Azərbaycan xalqı tərəfindən tərəfindən dərya boyda sevgi ilə təltif olunmağınız Sizin milli və tarixi dəyər olduğunuzu bir daha təsdiqləyir.  Özünüzün dediyiniz kimi, siz artıq şoxdan türk-Azərbaycan tarixinin bütün radarlarına düşmüsünüz və Sizinlə çiyin-çiyinə çalışan insanların da bir çoxuna bu şansı qazandırmısınız. Duğrudur, bu, həm də sizinlə bərabər yola çıxmış insanların üzərində böyük məsuliyyət yükü yaradıb, onları milli-mənəvi dəyərlərin məhək daşında sınanmağa və hesabatlılığa məcbur edib, amma əksəriyyət həmin yolun ağırlığına dözüb və bu gün də dözməkdədir.  Mənim tanıdığım və bütövlükdə Azərbaycan xalqının tanıdığı Sabir  illər boyu davam edən mübarizəsində öz şəxsi maraqlarını təmin etmək üçün çoxsaylı şanslara malik olubsa da, bəzi “dostların” iddialarının əksinə olaraq, hər dəfə  onlardan imtina edib, milli kimlik döyüşü aparan bir sufi-dərviş olduğunu sübut edib. Bu  sufi-dərvişin “fənafillah” ola biləcəyi məqam Sabirin ilk gəncliyindən qəlbində taxt qurmuş  müstəqil Azərbaycan dövləti  idealı olub. Və bu məqsədlə yola çıxmış Sabir Rüstəmxanlı nəhayətdə öz arzularına qovuşmuş dünyanın ən xöşbəxt qələm adamıdır. Əsərlrinin mövzusu, süjet və kompozisiyası hansı zamana və məkana aid olmasından asılı olmayaraq, təpədən-dırnağa milli ruhun və genetik yaddaşıın ifadəçisidir.
Müqəddəs kitablar birdən-birə müqəddəsləşməyib, onlar insanların qəlbində pıçıltıya və duaya çevriləndən sonra qudsallaşıb ... 1985-ci ildən vəhy kimi hissə-hissə Azərbaycan xalqına göndərilən “Ömür kitabı”nın da günün birində müqəddəs kitablar sırasında yer ala biləcəyinə inanıram. Və...
Hörmətli Sabir bəy, Sizi həm 75 yaşınız, həm də Şöhrət ordeninə layq görülməyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür və cansağlığı arzu edirəm!    
                                                                                                İbrahim Quliyev
                                                                           Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizm və
                                                                            ölkəşünaslıq kafedrasının müdiri, dosentшаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024