Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-04-2021, 14:24)
ABŞ-ın Rusiyadakı səfirliyi işçi sayını 75% azaldır

 ABŞ-ın Rusiyadakı səfirliyi xarici vətəndaşların işə götürülməsinin qadağan edilməsi ilə əlaqədar konsulluq işçilərinin sayını 75 faiz azaldır.
Bu barədə diplomatik nümayəndəliyin saytında dərc olunmuş məlumatda deyilir.
Bu addım Rusiya hökumətinin aprelin 23-də ABŞ səfirliyinə istənilən sayda xarici vətəndaşı işə götürməyi qadağan etmək niyyəti ilə əlaqədar atılır.
Həmçinin, mayın 12-dən etibarən konsulluq xidmətlərinin sayı azalacaq. Xüsusən də diplomatik səfərlər üçün nəzərdə tutulmayan viza sənədlərinə baxılması dayandırılacaq.
Konsulluq xidmətlərinə yalnız ABŞ vətəndaşları üçün təcili xidmətlər və çox məhdud sayda immiqrant vizaları ilə bağlı xidmətlər daxil ediləcək. Qeyri-immiqrant və qeyri-diplomatik vizalar üçün sənədlərin nəzərdən keçirilməsi dayandırılacaq.
Bundan əlavə, Rusiyada viza müddəti bitmiş ABŞ vətəndaşlarına iyunun 15-dək Rusiya Federasiyasını tərk etmələri tövsiyə olunur. Belə ki, pandemiya səbəbiylə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Rusiyadan qovmağı və deportasiya etməyi qadağan edən fərman bu tarixdə qüvvədən düşür.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024