Siyasət (23-04-2021, 11:22)
Malik Həsənov: Ən müasir texnologiyalar və elmi əsaslar üzərində qurulan iqtisadiyyat dayanıqlı inkişafı stimullaşdırır
M.Həsənov qeyd edib ki, cənab İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində də yeni istifadəyə verilən sosial obyeklərin rayonun gələcək inkişafında mühüm rol oynayacağını önə çəkərək əsas hədəfləri açıqladı. Bildirildi ki, aqroparkların yaradılması ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir: “Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir, məhsuldarlıq daha yüksəkdir, ən müasir aqrotexniki tədbirlər tətbiq olunur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində fabrik və zavodların, müştərək müəssisələrin istifadəyə verilməsi, yaradılan aqroparkların fəaliyyəti ilə iş yerlərinin, sayı, məhsuldarlıq, istehsal və ixrac daha da artırılır. Ümumi sayı 50-yə çatdırılacaq aqroparklar kənd təsərrüfatının inkişafında mühüm rola malikdir. Bölgələrdə yaradılan fermer təsərrüfatlarının səmərəli fəaliyyəti məşğulluq problemini də aradan qaldırır. Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının və “Azərsun Şamaxı Aqropark”ın açılışı nümunəsində Azərbaycanda müxtəlif bölgələrdə yaradılmış aqroparklar haqqında ümumiləşdirilmiş məlumat, istehsal, emal və logistikanın bir müəssisə çərçivəsində cəmləşdirmənin səmərəsi özünün aydın ifadəsini tapır.”
Millət vəkili diqqəti cənab İlham Əliyevin qeyd edilən müsahibədə işğaldan azad edilmiş torpaqlarımızda görülən işlərlə bağlı fikirlərinə yönəldərək bildirib ki, Azərbaycanın hər bir bölgəsi, o cümlədən işğaldan azad edilmiş rayonlarımız zəngin potensiala malikdir: “Mərhələlər üzrə görülən işlər sonda vətəndaşların bu torpaqlara Böyük Qayıdışı və torpaqlarımıza yeni nəfəsin verilməsi ilə müşayiət olunacaq. Qeyri-neft sektorunun inkişafı üçün daha böyük imkanlar yaranacaq. Hazırda ərazilərimizin minalardan təmizlənməsi həyata keçirilməklə yanaşı, infrastruktur layihələri də reallaşdırılır. Yol, nəqliyyat infrastrukurunun həlli prioritetliyini qoruyur. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfər edərək həm torpaqlarımızı sahiblərinin gəlişi ilə sevindirir, həm də görülən işlərlə yaxından tanış olurlar. Bu ərazilərimizdə müasir idarəetmə sistemi yaradılır. Həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra olunur. İcrası nəzərdə tutulan hər bir layihə, irəli sürülən hər bir təşəbbüs özündə müasirliyi, yeniliyi əks etdirir. Bu da onun təsdiqidir ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında zamanın, dövrün tələbinə uyğun təkmilləşmə dayanır. Dövlətimizin başçısı İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, xaricdən bir çox təkliflər gəlməkdədir. Xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Əsas məqsəd işləri maksimum səmərə ilə görmək, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şəraiti yaratmaqdır.”
Malik Həsənov vurğulayıb ki, möhkəm təmələ əsaslanaraq müəyyənləşdirilən hədəflərin uğurlu icrası innovasiyalar ölkəsi kimi tananan Azərbaycanı daha da qüdrətləndirəcək. “Görülmüş işlərlə kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq” çağırışını edən cənab İlham Əliyev kənd təsərrüfatı və sənayedə potensialın yüksəlməsini, istehsalın artmasını “Azərbaycan Respublikası regionlarının 1919-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın başlıca hədəfləri kimi qeyd edir. Kompleks tədbirlər qarşıya qoyulan bütün məqsədlərə nəzərdə tutulan vaxtda nail olmağa geniş imkanlar yaradır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024