Siyasət (10-02-2021, 18:47)
İşğaldan azad edilmiş ərazilərin imkanlarından səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı daha da sürətlənəcək
Hazırda Azərbaycanın həyatında yeni dövr başlayıb. Ölkəmiz işğaldan azad edilmiş torpaqlarda quruculuq və bərpa işlərində dost ölkələrin şirkətlərinin iştirakında maraqlıdır, bununla bağlı danışıqlar aparılır. Dövlətimizin başçısı İlham Əliyev istər İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən, istərsə də Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri ilə görüşündə diqqəti işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə yönəldərək bu statistikanı da açıqladı ki, 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Bu, iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas göstəricilərindən biridir. Böyük Britaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub. Bütün imkanlardan istifadə etməklə Qarabağ cənnət məkana çevriləcək. Əsas məsələ bu ərazilərimizin minalardan təmizlənməsidir. Böyük Britaniya Azərbaycanın ərazilərinin minalardan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazırdır. “Biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq”, - söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, artıq bu ərazilər “yaşıl zona” ərazisi elan edilib. İnsanların tələbatının ödənilməsi üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə ediləcək. Azərbaycan artıq enerjiyə olan daxili tələbatını ödəməklə yanaşı, elektrik enerjisi ixracatçısına çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat qeyd edib ki, qeyri-neft sektorunun inkişafına, Azərbaycanın maliyyə imkanlarının artmasına geniş imkanlar açan enerji sektorunda əldə edilən uğurlarımız da davamlılığı ilə diqqət çəkir və əməkdaşlığın coğrafiyasının genişləndirilməsini stimullaşdırır: “Bircə faktı qeyd etmək kifayətdir ki, ötən il dünyanın, o cümlədən ölkəmizin koronavirus infeksiyası ilə mübarizə apardığı, dünya dövlətlərinin iqtisadiyyatında durğunluq yaşandığı bir dövrdə Azərbaycan hər bir layihəni uğurla davam etdirdi, yaxud icrasını başa çatdırdı. Dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu tərkib hissəsi olan TAP-ın istifadəyə verilməsi də bunun bariz nümunəsidir. Azərbaycan təşəbbüsləri reallığa çevirməklə regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib, dünyanın enerji xəritəsini yenidən tərtib edib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaradıb. Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri ilə görüşündə diqqəti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ənənəvi keçirilən toplantılarına yönəldən Azərbaycan Prezidenti yaxın zamanlarda nazirlərin 7-ci toplantısının keçiriləcəyini önə çəkərək bu tədbirlərin ötən bir ilin hesabatı olduğunu, ən əsası bir ildə enerji sektorunda mühüm uğurlara imza atılmasına bələdçilik etdiyini vurğulayır. Təbii ki, 7-ci toplantıda da qarşıdakı dövrdə əməkdaşlıqda mövcud yeni imkanlar müzakirə ediləcək”.
O qeyd edib ki, son 17 ildə dövlətimizin başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tezisinə uyğun olaraq neft gəlirlərinin qeyri-neft sektoruna istiqamətləndirilməsi Azərbaycanın qarşıya çıxan hər bir çətinlikdən az itki ilə çıxmasını şərtləndirir. Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edərkən bu məqamı xüsusi qeyd edib ki, investisiyalar əsasən enerji sektoruna yatırılıb. Onların həcmi 30 milyard dollardır. Bu, iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını qazandırıb. Qarşıdakı illərdə daha çox diqqət göstərilən sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq. Böyük Britaniyanın dövlət naziri Vendi Morton gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
“Dövlətimizin başçısı daim bu inamı ifadə edir ki, gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq”, - söyləyən M.Həsənov qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarda bərpa proqramına uyğun olaraq görüləcək işlər 30 ilə yaxın öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın Böyük Qayıdışı ilə başa çatacaq və bu ərazilərin malik olduğu imkanlardan səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı daha da sürətlənəcək, ölkəmiz bu sahədə mövcud imkanları ilə dünyanın diqqətində olmaqla yanaşı, investisiya cəlbediciliyini artıracaq: “Bu gün beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı 10 ölkə arasında qərarlaşan Azərbaycan işğaldan azad edilmiş ərazilərimizi cənnət məkana çevirməklə həyata keçirdiyi təkmil islahatları ilə bu reytinqini daha da yüksəldəcək. Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapan müddəalar da özündə bu kimi hədəfləri ehtiva edir. Sənəddə vurğulanır ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024