Prezidentin sabiq köməkçisi Əli Həsənov tarixdən ikili şəxsiyyət olan fransızların Jozef Füşesini, almanların isə Jozef Göbbelsini xatırladırdı.
Onlar qədər hiyləgər, onlar qədər fəndgir və professional, zamanın nəbzini tutmağı bacaran biriydi Əli Həsənov.
Və cümlə xəyanətlərə bais məmur kimi də işindən uzaqlaşdırıldı, azad mətbuatın qəssabı hesab edilərək tarixin qaranlıq dibliyinə göndərildi.
Bununla da elan olundu ki, bitdi, medianın qara günlərinə son qoyuldu, nəfəsliklər açılır, jurnalistika dərindən ah çəkir, həm informasiya azadlığı, həm reklam bazarının liberallaşması, müstəqilləşməsi istiqamətində yeni era başlanır.
Hətta KİVDF ləğv olundu, onun “üç müşketyor”dan biri olan rəhbəri Vüqar Səfərli qandallandı və mediada olan bir çoxlarının gözləri qamaşdı, işıldadı ki mətbuat üçün təzə səhifə açılır.
Fəqət nə baş verdi? Biz bu müddət ərzində hansı dəyişiklikləri müşahidə etdik? Medianın reklam bazarının sərbəstləşməsi, azadlıqların verilməsi yönündə nə kimi addımlar atıldı? Deyərdik ki, heç nə, tamamilə heç nə, sadəcə, Azərbaycan mediası bu dəfə tragikomik “Kürdəmir qəzası” yaşadı.
Anaxeber.info-nun bəzən daşı ağır olur, yazanda sözümüz xəncər kimi bəzilərinin ürəyinə saplanır. Bu, həmişə belə olub. Əvvəlki media emissarlarını, hakimiyyətin mətbu siyasətini həyat keçirənlərini də tənqid edəndə bizi boğmağa çalışdılar, anaxeber.az-ı blokladılar, indi də həqiqətləri söyləməyimiz kimlərinsə xoşuna gəlməyə bilər.
Amma heç olmasa sələflərindən fərqlənərək tənqidlərimizin üzərinə süngü ilə gəlmək yerinə reallıqları həzm etsinlər, nəticələr çıxarsınlar, gerçək dəyişikliklər haqda fikirləşsinlər. Bəs bu gerçəkliklər nədir - biz yazaq, siz bir daha yada salın.
İlk növbədə dediyimiz kimi hakimiyyətin yeni media siyasətində kompleks şəkildə islahatlar, dəyişikliklər həyata keçirilməyib. İqtidar mətbuata hələ də köləsi kimi baxmaqdadır və ələbaxımlılıq niyyətindən imtina etməyib.
KİVDF-ni əvəzləyən MİA eyni funksiyanı yerinə yetirir, qəzetlərə sağ qala bilmək payı ayırır, bu da azmış kimi vahid vəsiqə və s. absurd təkliflər irəli sürür.
Mətbuatın reklam bazarının inkişafı, azadlığı haqda hər hansı ideya ilə çıxış etməyən MİA-nın ağlına ancaq məhdudlaşdırıcı addımlar atmaq gəlir.
Siz söz azadlığı, mətbuatın maliyyələşməsi, jurnalistlərin Qərb KİV-lərində olduğu kimi fəaliyyət göstərməsi barədə hansı yeniliklər təklif edirsiniz? MİA rəhbəri Əhməd İsmayılov nə zaman tənqidçi jurnalistlərlə görüşərək onların fikirlərini, yanaşmalarını öyrənib?
Nə vaxt bizdən soruşub ki, onlayn KİV-in inkişafı üçün nələri dəyişmək lazımdır, ələbaxımlı siyasətdən əl çəkib azad reklam bazarını hansı şəkildə quraq?
Bəlkə birdəfəlik etiraf edəsiniz, media üçün azad reklam bazarı onun azadlıqlarını buxovlamaq istəyənlər üçün bir öldürücü zərbə olardı?!
Anaxeber.info yazır ki, medianın kurasiyası indi Prezidentin yeni köməkçisi, kifayət qədər populyarlıq və nüfuz qazanmış Hikmət Hacıyevdədir. Artıq Əli Həsənov və Vüqar Səfərli yoxdur.
H.Hacıyev isə son dərəcə peşəkar kadrdır və mətbuatın problemlərini dərindən bilir, amma bu yöndə hakimiyyətin gördüyü işlər kafi deyil.
Biz yenə prezidentin sabiq köməkçisinin ənənəvi idarəçilik modelinin qaldığını, köhnə siyahılarla iş aparıldığını görürük. Bunu medianın Ağdam səfəri və “Kürdəmir qəzası” da bir daha sübut etdi.
Biz orada baş verənlərin təfsilatını yazmağa lüzum görmürük, sadəcə, məsələ hakimiyyətin yeni media siyasəti dediklərinin əslində heç bir təzəlikdən ibarət olmamasıdır. İstər Ağdam səfərində, istər ayrı-ayrı tədbirlərdə eyni yanaşmanı müşahidə etmək olar.
Halbuki, ictimai rəyə təsiri olmayan, informasiya məkanında ciddi rola malik olmayan onlarla saytlar, qəzetlər maliyyələşdirilir. Axı onlar cəmiyyətə nə ötürür?
Eyni zamanda onlarla müxbir, texniki işçi saxlayan, geniş ofisləri, redaksiyaları, avadanlıqları olan KİV-lər, media holdinqlər var, amma ictimai rəy yarada bilmir, yazdıqları gündəm olmur, səs-küylü materiallar, araşdırmalar təqdim etmirlər. Bəs bu qədər pullar hara gedir?
Məsələn, yayılan xəbərlərə görə APA TV bağlanır, görünür maliyyəsi kəsilir. Əlbəttə, xeyli sayda jurnalist işini itirir. Amma hakimiyyətin yeni media siyasətini reallaşdıranlar baxımsız olan APA TV-də günah axtarmaq əvəzinə ona azadlıqlar verilməsi haqda düşünmürlər.
Əgər APA TV-yə 30 faiz sərbəstlik, tənqid imkanı verilsə, efirə həqiqətləri az-çox söyləyə bilən siyasətçilər çıxarılsa, baxımlı internet kanala çevriləcək. Sən onun azadlığını boğ, başına şabaş səp, sonra de ki sizə bu qədər maliyyə veririk, niyə Avropada oturan hansısa youtuber təkbaşına baxış sayında çoxunuzu üstələyir?
Bu, o deməkdir ki, iqtidarın Əli Həsənovdan sonra da mətbu siyasətində yuxarı-aşağı dəyişməyib və nəticədə onlayn tv sektorunun “aztv”sinə çevrilən apa tv baxımsız bir media olaraq sıradan çıxarılır.
Bax, bizim mediada real dəyişikliklər dediyimiz budur - reklam bazarı azad olmalı, KİV tənqid etməli, informasiyanı yayma azadlığı olmalıdır.
Əks təqdirdə çoxlu apa tv-lər bağlanacaq və ənənəvi komanda ilə işləmək siyasəti Ağdama gedərkən “Kürdəmir qəza”ları ilə təkrar olunacaq...
Anaxeber.info
Siyasət / Slayd (22-03-2021, 12:12)
Əli Həsənovun yıxdığı medianı DİRÇƏLTMƏ PLANI... - NƏ BAŞ VERİR?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024