Siyasət (27-02-2021, 09:30)
Prezidentin erməni ordusunu diriltmək istəyən havadarlara mesajı - GƏLİŞMƏ
Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşdə dünyaya, eləcə Ermənistana son dərəcə vacib sözlər çatdırdı. Bu açıqlamalar kifayət qədər sərt və eyham xarakterli idi.
“Yeni Müsavat” yazır ki, dövlət başçısı Ermənistanın müttəfiqlərinə ittiham şəklində ismarışlar yolladı və onların düşmən ordusunu yenə diriltməyə çalışdıqlarını açıqladı.
Sitat: “Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır".
Ölkə başçısı Ermənistanın müttəfiqləri deyəndə hansı ölkələri nəzərdə tutur? Çox güman ki, başda Rusiya gəlir. Çünki hərbi-siyasi müttəfiqdirlər, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, Rusiyanın bu ölkədə iki hərbi bazası var.
Digər tərəfdən, 44 günlük müharibəyə Rusiya qarışmasa da, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan müttəfiq ölkədən onlara hərtərəfli dəstək olduğunu etiraf etmişdi. İndi də Rusiya sülhməramlılarının Dağlıq Qarabağda ermənilərə qahmar çıxması, strateji müttəfiqin məğlub ölkəni silahla təmin etməsi davam edir. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan rusların “İsgəndər” raketlərini yararsız adlandırmışdı, amma faktiki Moskvanın İrəvana dəstəyi mövcuddur.
Bəs Ermənistan ordusunu canlandırmaq istəyən digər müttəfiqlər kim ola bilər? Yeni müharibə riski nə dərəcədə yüksəkdir? Ermənistanda hakimiyyət dəyişsə, revanşistlər iqtidara gəlsə, Qarabağ savaşı alovlana bilərmi?
Sualımızı cavablandıran deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan silahlı qüvvələri Rusiyaya bağlıdır: “Təbii ki, bu reallıqdır. Rusiyanın Ermənistanda böyük hərbi bazası var. Xatırladım ki, iki ölkənin birgə silahlı qüvvələri, bağlılığı var. Amma digər müttəfiqlərin Ermənistan ordusuna dəstəyini deyə bilmərəm”.
A.Mollazadə Qarabağda müharibəni istisna etmir, əgər revanşist qüvvələr hakimiyyətə gələrsə... Onun fikrincə, revanşistlər müharibəyə cəhd edə bilər: “Amma Azərbaycan ordusu öz dəmir yumruğunu göstərdi və yerindədir, hər zaman ərazilərimizin müdafiəsinə hazırdır. Eyni zamanda Rusiya üçtərəfli sazişin pozulmasını istəmir. Putin açıq şəkildə bəyan etdi ki, Qarabağda müharibəni dayandırması, imzalanan saziş və münaqişəyə son qoyması ilə fəxr edir. Ona görə erməni revanşistlər hər hansı addım atsalar, birinci növbədə Rusiya sülhməramlılarına qarşı olacaqlar. Bu da sazişi pozmaqdır, o zaman hələ bizim orduya çatmaqdan qabaq gərək rusları vursunlar”.
Prezidentin açıqlamasında önəmli detallardan biri də “Ermənistan kimi bir terrorçu dövlətin ordusu olmamalıdır” fikridir. Beynəlxalq təcrübədə hansısa dövlətin ordusuzlaşdırılması varmı?
İkinci Dünya müharibəsindən sonra Yaponiyaya ordu saxlamaq qadağan edilmişdi. Yaponiyanın rəsmi formada təslim olması 1945-ci il 2 sentyabr tarixində Missuri xətt gəmisində baş verib. Bu məğlubiyyətdən sonra Yaponiya imperatorunun bir sıra səlahiyyətləri əlindən alınıb. Çünki anti-Hitler koalisiyası ölkələri Yaponiyanın müharibəyə başlamasında əsas siyasi səbəb kimi hərbi aqressiyanı görürdülər. Ona görə həmin vaxt Yaponiyanın yeni liberal-demokratik konstitusiyası qəbul edilib.
İndiki dövrdə ermənilərin ordusuzlaşdırılması real görünməyə bilər. Çünki işğalçını dəstəkləyən beynəlxalq güclər var.
Siyasi şərhçi Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, Prezident Ermənistanın müttəfiqləri deyərkən ilk növbədə Rusiya nəzərdə tutulur. “Ermənistanın Rusiyanın forpostu olması hamıya bəllidir. Ora Rusiyanın razılığı olmadan heç bir kənar güclər girə bilməz, o bazar Rusiyanın imkanlarını qurmaq üçün plasdarmdır”, - deyə ekspert qeyd etdi.
Q.Məhərrəmli hesab edir ki, dövlət başçısının “Ermənistan kimi bir terrorçu dövlətin ordusu olmamalıdır” fikri beynəlxalq arenaya çıxarılmalıdır: “Beynəlxalq praktikada ordusuz dövlət var. Ermənistanda həmişə terrorçu qruplar olub. I dünya müharibəsində Rusiya onu formalaşdırıb. Bəziləri indi bilmədən danışır, Cümhuriyyət xadimlərini ittiham edir. Amma AXC qurulanda erməni hərbi birləşmələri İrəvandan hamını çıxarmışdılar. O dövrdə ermənilərin 20-yə yaxın diviziyası var idi, Cümhuriyyətin bir tapançası belə yox idi. Ona görə ermənilər həmişə silaha, quldur dəstələrə güvəniblər, indi də orduya arxalanıblar, bu ordu da Rusiyaya söykənir. Belə militarist ölkənin ordusuz olması aktual mesajdır və dünyaya çatdırılmalı məsələdir. Dünya bilməlidir ki, bu ordu qonşulara təhlükədir və Rusiyanın əlində vasitədir, Ermənistanın müstəqilliyi onların əlində bir dəyənəkdir. Bundan Türkiyəyə, Gürcüstana, təbii ki, Azərbaycana, hətta lazım gələrsə İrana qarşı istifadə edilə bilər”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024