Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-01-2021, 13:56)
"Ermənistan təxribatçı addımlarından əl çəkməsə peşman olacaq"

  Ermənistan Xarici işlər naziri Ara Ayvazyanın Azərbaycan torpaqlarına qanunsuz səfəri və Qarabağdakı separatçılarla görüşməsi Prezident İlham Əliyev tərəfindən sərt tənqid olunub. Bu cür səfərlərin təxribat xarakterli olduğunu vurğulayan ölkə rəhbəri növbəti dəfə Ermənistan hakimiyyətinə xəbərdarlıq edib. Dövlət başçısı bildirib ki, əgər Yerevan hökuməti Azərbaycanı qıcıqlandıran addımlardan, təhrikedici hərəkətlərdən əl çəkməzsə, Ordumuzun dəmir yumruğu yenidən düşmənin başına enəcək:

“Mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar”. Prezident diqqətə çatdırıb ki, heç bir xarici vətəndaş rəsmi Bakının icazəsi olmadan ərazilərimizə gələ bilməz: “Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”.

Dövlət başçısının ifadələrini “Mediatv.az”a təhlil edən politoloq Tofiq Abbasovun sözlərinə görə, Prezident Ermənistan rəhbərliyinə çox ciddi xəbərdarlıq etdi. Siyasi şərhçi bildirib ki, Ermənistan hakimiyyətində revanş düşüncəsində olanlar peyda olub:

“Yeni nazir Ayvazyan özünü elə aparır ki, guya, onun mövcud durumdan xəbəri yoxdur. Reallıqlardan bixəbər siyasətçi kimi davranmağa çalışır. 44 günlük müharibə Ermənistanın xahişi, daha doğrusu, yalvarışı ilə sonlandı.

Düzdür, burada Rusiyanın da vasitəçiliyi var idi, ancaq Ermənistan anladı ki, müharibə davam etsə, ölkə daha acınacaqlı vəziyyətə düşəcək və dirçəlməsi ümumiyyətlə mümkün olmayacaq.

Müharibənin gedişində Qarabağın deyil, Ermənistanın taleyi həll olunmaq üzrə idi. Ona görə də Yerevan hökuməti müharibədən sonrakı oyunbazlığına son verməlidir. Qarabağa yönəlik təxribatların davam etməsi yolverilməzdir.

İlk növbədə Ermənistanın özünə yeni müharibə lazım deyil. Başa düşürük, hakimiyyətdən sui-istifadə edən, karyera həvəsinə düşən siyasətçilərin məqsədi başqadır. Amma onların hərəkətləri bütövlükdə Ermənistan dövlətinin varlığını sual altına salır.

İndiki məqamda belə spekulyasiyaların onlara faydası yox, əksinə, ziyanı var. Ermənilər təxribatlardan nə qədər uzaq dursalar, bir o qədər uduşlu çıxarlar. Əks halda Yerevan hökumətinin, dolayısı ilə erməni xalqının aqibəti heç də yaxşı olmayacaq.

Prezidentimiz humanist davranaraq, növbəti dəfə ermənilərə xəbərdarlıq edir ki, acınacaqlı günlər yaşamaq istəmirlərsə, bu cür provakasiyalara getməsinlər”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024