Siyasət (26-02-2021, 22:30)
Bu, Türk ordusunun gəlməsi deməkdir - Prezident

"Mediatv.az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söyləyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması üç ölkənin müştərək qərarıdır. Ermənistan, sadəcə olaraq, bununla razılaşmalı oldu.
“Çünki 10 noyabr Bəyanatı imzalananda Ermənistan o durumda deyildi ki, buna etiraz etsin. Ermənistan, necə deyərlər, öz hayında idi. Ona görə əgər başqa bir siyasi və hərbi durum olsaydı, Ermənistan buna etiraz edərdi. Ancaq buna etiraz edə bilmədi və biz də söylədik ki, bu mərkəz Azərbaycan ərazisində yaradılır, Ermənistanın bu işlərlə nə əlaqəsi var?”, - Prezident bildirib.
Bundan sonra müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızın davam etdiriləcəyini vurğulayan Prezident deyib:
“Hər kəsə bəllidir ki, Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Biz də Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025