Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-02-2021, 19:46)
“Tam əminik ki, Azərbaycana qarşı hər hansı təhlükə yaranarsa, bizə qardaş Türkiyə arxa duracaq” - Prezident

 “Türk Silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında işbirliyi uzun tarixə malikdir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı qeyd edib ki, bütün dövrlərdə Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bir yerdə olub: “Mən sualların birinə cavab verərkən dedim ki, təkcə 2019-cu ildə 10-dan çox birgə hərbi tədqiqat keçirildi, həm Azərbaycanda, həm də Türkiyədə. Bu il də artıq birinci tədqiqat keçirildi. Ortaq mərkəzin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə gəlməsi deməkdir, Azərbaycan torpağına gəlməsi deməkdir. Hesab edirəm ki, bu, tarixi hadisə sayıla bilər və bu bizi çox məmnun edir. Qeyd etməliyəm ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması 3 ölkənin müştərək qərarıdır. Ermənistan, sadəcə olaraq, bununla razılaşmalı oldu. Çünki 10 noyabr bəyanatı imzalananda Ermənistan o durumda deyildi ki, buna etiraz etsin. Ermənistan necə deyərlər, öz hayında idi. Əgər başqa bir siyasi və hərbi durum olsaydı, Ermənistan buna etiraz edərdi. Ancaq buna etiraz edə bilmədi və biz də dedik ki, bu mərkəz Azərbaycan ərazisində yaradılır, Ermənistanın nə əlaqəsi var bu işlərə? Ona görə bu mərkəzin yaradılması tarixi hadisə sayıla bilər. Bundan başqa siz də dediyiniz kimi, mən də demişdim ki, Türkiyədən böyük heyət gəlmişdi, 100 nəfərdən çox heyət idi. Minalardan təmizlənmə işləri və təlim kursları aparılıb. Bu, fəaliyyət davam etdirilir. Bundan sonra müxtəlif sahələrdə, hərbi sahədə işbirliyimiz davam etdiriləcək. Mən müharibə dövründə demişdim və bu, hər kəsə bəllidir ki, Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. NATO-da güc baxımından ikinci ordudur və biz də Azərbaycanda Türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verildi”.
Prezident bildirib ki, müharibə dövründə biz yeni təcrübə topladıq: “Çünki bizim ordumuz demək olar ki, müharibələrdə iştirak etmirdi və sadəcə, olaraq bu sahəyə nəzəri baxımdan yanaşırdı. İndi müharibə çox böyük bir təcrübədir və bu təcrübədən düzgün nəticə çıxarmalıyıq. Böyük uğurlarımız olub. Eybi zamanda müharibə dövründə müəyyən çatışmazlıqlar da olub. Bunu da biz gizlətmirik. Müharibə dövründə Ali Baş Komandan kimi qəbul etdiyim qərarlar, o cümlədən hərbi personalla bağlı qəbul edilmiş qərarlar onu göstərir ki, müəyyən problemlər də üzə çıxmışdı, amma biz onları həll etdik. Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, anlaşmalar imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilir. Əlbəttə ki, Azərbaycana qarşı hər hansı təhlükə, təhdid yaranarsa, biz tam əminik ki, bizə arxa duran qardaş Türkiyə olacaq. Çünki buna əmin olmaq üçün bir çox faktorlar, amillər var. Müharibə dövründə, ilk günlərdə əziz qardaşım, hörmətli Prezidentin açıqlamalarında dediyi Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır sözləri bir çoxları üçün mesaj oldu, siqnal oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Bu mesajlar idi. Türkiyə müdafiə naziri, hörmətli Hulusi Akar, xarici işlər naziri, hörmətli Mövlud Çavuşoğlu, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu bizə çox böyük siyasi və mənəvi dəstək oldu. Eni zamanda bütün dünyaya bir siqnal oldu ki, kənarda durun, müdaxilə etməyin. Bu gün də bu davam edir. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim hərbi işbirliyimiz gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. O silahlar yaxın zamanlarda gələcək. Bizim ordumuz daha güclü daha çağdaş olmalıdır. Türkiyə Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bu istiqamətdə də bundan sonra bərabər çalışacağıq”.шаблоны для dle 11.2

Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024