Siyasət (12-02-2021, 17:05)
"Belə bir adamın heykəlinin qoyulması Rusiyaya da bir sillə idi"
Ermənistanın müstəqil deputatı və “Mənim addımım” fraksiyasının keçmiş üzvü Sofiya Hovsepyan isə Ndjenin heykəlinin götürüldüyünü bildirib. Onun sözlərinə görə, abidə artıq Xocavənddəki tarix muzeyinə təqdim edilib. Erməni teleaparıcı-jurnalist Nairi Oxikyan isə özünün Feysbuk səhifəsində Ndjenin heykəlinin şəklini yerləşdirərək bu sözləri yazıb:
“Bu Xocavənddə Qaregin Ndjenin abidəsidir. Rus sülhməramlıları abidənin taleyinə görə ermənilərin yerinə məsuliyyət daşımaq istəmirlər”.
Baş verənləri “Mediatv.az”a şərh edən siyasi elmər namizədi, politoloq Cümşüd Nuriyev bildirib ki, Ndjenin heykəlinin qoyulması bir provokasiya idi:
“Təbii ki, Azərbaycan tərəfi bunu qəbul edə bilməzdi. Çünki Q.Ndje İkinci Dünya müharibəsi zamanı Hitlerin ən yaxın adamlarından biri olub. Belə bir adamın heykəlinin qoyulması Rusiyaya da bir sillə idi.
Həm Azərbaycan, həm də Türkiyənin təkidi idi. Ndjenin Xocavənddəki heykəli götürüldü. Bu gün erməni deputat Sofiya Hovsepyan bu məlumatı yayıb”.
Politoloq qeyd edib ki, heykəlin götürülməsi Azərbaycan və Tükiyənin növbəti siyasi qələbəsidir:
“Baş verənlər ermənilər üçün bir dərs oldu. Çünki Ermənistan parlamenti səviyyəsində məsələyə münasibət bildirilirsə, deməli, bu, Ermənistanın dövlət siyasəti idi.
Azərbaycan öz ərazisində ermənilərin istəyi ilə nələrinsə olacağının qeyri-mümkünlüyünü göstərdi.
Bəziləri kimlərinsə tapşırığı ilə Azərbaycan Ordusunun qələbəsinə kölgə salmaq istəyirdilər. Onların da arzuları ürəklərində qaldı. Tam əminəm ki, tezliklə Xankəndi və Xocalıya qayıdacağıq. Çünki Azərbaycanın yürütdüyü siyasət bunu göstərir.
Ndjenin heykəlinin götürülməsi ilə bağlı xalqımıza gözaydınlığı verirəm. Azərbaycanlılar öz iradəsini ortaya qoydu və məsələ həllini tapdı”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024