Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 15:52)
ABB sədrinin təmsilçisi həbs edildi - Saxta hərrac təşkil edib

 "Azərbaycan Beynəlxalq Bank"ının (ABB) İdarə Heyəti sədri Abbas İbrahimovun işlərini həyata keçirən bankir həbs edilib. 
Mediatv.az-ın məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən 2021-2023-cü illərdə "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis vəzifəsində işləmiş Natiq B. saxlanılıb.
Həmin illərdə Natiq B.-yə hərraclarda bankı təmsil etmək üçün İdarə Heyəti sədrinin adından etibarnamə verilib. O, banka məxsus 6 avtomobili 68.550 manata hərraca çıxarıb. Hərracların təşkilində saxtakarlıq edərək, qabaqcadan tanıdığı şəxsləri hərracların qalibi edib.
Belə ki, Natiq B. "Panorama Travel" səyahət agentliyinin rəhbəri (qanuni təmsilçisi Əskərli İlqar Şahverən oğlu) və digər şəxslərlə əvvəlcədən razılaşaraq, avtomobilləri onlara hərrac vasitəsi ilə satıb. Həmin şəxslər hərracda iştirak etmək üçün avtomobillərin ümumi dəyərinin 10 fazini banka köçürüblər.
Natiq B. yerdə qalan 48.550 manat məbləğində pulu özünə götürərək mənimsəyib. Banka ödəniş edilməsinə dair saxta kassa məxadil orderləri hazırlayaraq, işlədiyi departamentə təqdim edib. Bankın vəzifəli şəxsi əldə etdiyi pulun bir qismini iri buynuzlu heyvan almağa sərf edib. Cinayətin üstü açıldıqdan sonra götürdüyü pulun 20 min manatını banka qaytarıb.
Məhkəmədə təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, hərracda iştirak edən şəxslər nəzərdə tutulan vəsaiti ödəmədikləri üçün banka ödəniş edə bilməyib. O, təşkil etdiyi hərraclarda saxtakarlığın üstü açılmasın deyə saxta kassa məxadil orderləri hazırlayaraq işlədiyi departamentə təqdim edib.
Məhkəmənin qərarı ilə Natiq B. Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs olunub.
© Qaynarinfo.azшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024