Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-02-2021, 11:12)
Azərbaycan cinayətkar general barəsində ciddi tədbir görməlidir - AÇIQLAMA

Azərbaycan cinayətkar general barəsində ciddi tədbir görməlidir
“Vitali Balasanyanı diqqətlə izləmək, onun addımlarını nəzarətdə saxlamaq lazımdır. Hesab edirəm ki, bu qatilin fikirlərinə təsadüfi açıqlama kimi yanaşmaq doğru olmazdı. Bu şəxs 2020-ci ilin dekabrın 4-də yenidən Dağlıq Qarabağdakı separatçı rejimin “Təhlükəsizlik Şurasının katibi” vəzifəsinə qaytarıldı. Hələ o zaman bəzi erməni ekspertləri deyidilər ki, bu təyinat Ermənistanın Dağlıq Qarabağ siyasətində rolunun azaldılması, əvəzində Rusiyanın rolunun artırılması kimi qiymətləndirilə bilər”.

Bu fikirləri Reyting.az-a açıqlamasında Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş siyasi şərhçi Oqtay Qasımov cinayətkar Vitali Balasanyanın son bəyanatlarını şərh edərkən deyib.

Xatırladaq ki, hazırda Xankəndindəki cinayətkar rejimin əsas dayaqlarından olan general Balasanyan saxta qurumun sərhədlərini qorumaq üçün peşəkar ordu qurduğunu bildirib. O, eyni zamanda azərbaycanlıların öz əzəli yurdlarına -Xankəndi şəhərinə qayıdacaqlarını təkzib edib. Cinayətkar Balasanyan qeyd edib ki, Azərbaycanın dövlət bayrağı hazırda erməni separatçılarının nəzarət etdiyi Dağlıq Qarabağ ərazilərində dalğalanmır.

O. Qasımovun sözlərinə görə, V. Balasanyan “Təhlükəsizlik Şurasının katibi” təyin edildikdən sonra ilk açıqlamasında elan edib ki, onlar islahatlar aparmaqla “ordu”nu yenidən quracaqlar: “Ondan sonrakı dövrdə Balasanyan Ermənistanın ictimai televiziyasına verdiyi müsahibəsində elan etdi ki, “dövlət” qurmaq uğrunda addım atacaqlar, Azərbaycan tərəfindən azad edilən torpaqları geri qaytarmaq üçün mübarizə aparacaqlar. O, bu açıqlamalarından sonra Robert Köçəryanla da görüşdü. Bu görüşdən sonra Balasanyan Xankəndinə qayıtdı və Əsgəranda ermənilərlə görüşü zamanı “sərhəd qoşunları”nın yaradılması haqqında fikirlər söylədi. Başqa sözlə, Vitali Balasanyanın bu tipli açıqlamaları yeni deyil”.

Bu açıqlamaların təsadüfi olmadığına diqqət çəkən O. Qasımov əlavə edib ki, Balasanyanın birinci açıqlaması R. Köçəryanın dekabrda Moskvaya etdiyi səfərdən sonra verilib: “İndi Balasanyan yenidən Köçəryanın Moskva səfəri vaxtı açıqlama verir. Bu, daha çox Ermənistan və Xankəndindəki daxili siyasi vəziyyətə hesablanan açıqlamalardır. Azərbaycan bu məsələlərə ciddi yanaşmalıdır”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, V. Balasanyan I Qarabağ müharibəsində kifayət qədər yaramazlıqları ilə ad çıxarıb: “Onun Xocalı qətliamlarında xüsusi rolu var. Həmçinin Füzuli və Horadiz istiqamətində gedən döyüşlərdə xüsusi qəddarlığı ilə seçildiyi üçün ermənilər ona “azğın komandir” ləqəbi qoyub. Məncə, Azərbaycan həm Vitali Balasanyanın personasına diqqət etməli, həm də onun açıqlamalarını yalnız öz ağılının məhsulu kimi qiymətləndirməməlidir. Konkret olaraq bu şəxs “Qarabağ klanı”nın mövqeyini ifadə edir. Belə revanşist terrorçulara veriləcək cavab da bəllidir. Hesab edirəm ki, Azərbaycan dövləti münasib və uyğun zamanda belə yaramaz terrorçuların cəzasını verəcək. Fikrimcə, Vitali Balasanyana qarşı tədbir görməyin zamanı çatıb”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024