Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-12-2020, 17:01)
SÜLHMƏRAMLILARIN “BALASANYAN SEVGİSİ” – Xocalı qatilini hansı məqsədlə fəallaşdırırlar?

 "Sərhədlər və bizim statusumuz dəqiqləşdiriləcək. Ermənistan və Rusiya ilə iş apardıqdan sonra Əsgəran rayonunun bir hissəsini və Hadrut rayonunu qaytaracağıq. Bakının Qarabağın Azərbaycan ərazisi olması barədə bəyanatı reallıqdan uzaqdır. Atəşkəsdən sonra Azərbaycan tərəfindən ərazi pozuntuları olub, amma onlar müvəqqəti xarakter daşıyır. Antiterror əməliyyatı həyata keçiriləcək. Bütün pozuntuların qarşısı alınacaq, o cümlədən də sülhməramlılar tərəfindən. Yaşayıb, Azərbaycanın yaxın gələcəkdə hansı vəziyyətə düşəcəyini görəcəyik".

Bunları "Qarabağ təhlükəsizlik şurasının" rəhbəri, Xocalı qatili Vitali Balasanyan bir neçə gün əvvəl deyib.

Bu gün isə Balasanyanın qondarma rejimin “parlamentindəki” Ədalət partiyası məlum millətçi Daşnaksutyun partiyası ilə birgə Araik Arutunyanı ittiham edən birgə bəyanatla çıxış edib. Ultimatum formasında hazırlanan həmin bəyanatda qondarma rejimin rəhbəri “müxalifətlə” əldə olunmuş razılaşmanı pozmaqda ittiham olunur. Müharibədən sonra əldə olunan həmin razılaşmaya görə, Arutunyan yeni “hökumətin” formalaşdırılması zamanı qondarma parlamentdə təmsil olunan partiyaların rəhbərlərilə, yəni ilk növbədə Balasanyanla məsləhətləşməli idi. Lakin Arutunyan özbaşına təyinatlar həyata keçirib.

Bəyanatda göstərilir ki, qondarma “prezident” bununla da “böhran vəziyyətindən çıxış üçün yaranan unikal imkanı” əldən verib. Ona görə də Balasanyan və Daşnaksutyun yeni “hökumətin” formalaşması prosesindəki iştirakdan imtina edir və bundan sonra baş verəcək hadisələrə görə məsuliyyət Arutunyanın üzərinə düşür. Göründüyü kimi, bu bəyanat “təhlükəsizlik şurası”nın başçısının qondarma rejim rəhbərinə qarşı açıq üsyanı anlamına gəlir.

Onu da qeyd edək ki, Balasanyan bu “vəzifəyə” dekabrın əvvəlində, yəni müharibədən sonra təyin olunub. Həmin vaxt ermənilərin “Past” qəzetinin yazdığına görə, Balasanyan bu təyinata bir şərtlə razı olub – bütün güc strukturları onun birbaşa koordinasiyasında olmalıdır. “Mənbəmizin verdiyi məlumata görə, yaxın gələcəkdə general qarşıdakı tədbirlər barədə daha konkret danışacaq və Qarabağdakı böhran vəziyyətinin ən qısa müddətdə həlli üçün aydın həll yolları irəli sürəcək”, - erməni qəzeti yazırdı.

Qəzet həmçinin əlavə etmişdi ki, etibarlı mənbələrin məlumatına görə, Rusiya sülhməramlı kontingentinin komandiri general Rüstəm Muradovun şəxsində Rusiya tərəfi Balasanyanın siyasi proseslərə qarışması, yəni “vəzifə”yə irəli çəkilməsi faktını olduqca isti qəbul edib. Deməli, “xoruzun quyruğu” hələ dekabrın əvvəlində görünməyə başlamışdı. Son günlər isə Azərbaycanın üstünə xoruzlanmaqla və qondarma rejimin idarəçiliyinə dair iddialarla bu prosesin davamı gətirilib.

Xatırladaq ki, Arutunyan ilk imkan yaranan kimi məlum ərazidə “növbədənkənar seçki” təyin edəcəyini və həmin seçkiyə qatılmayacağını bəyan edib. Yenə də İrəvanda baş verənlərə bənzər situasiya - yəni növbədənkənar seçki və İrəvanda olduğu kimi, Xankəndidə də müxaliflər seçkini gözləmək istəmirlər. Fərq yalnız ondadır ki, Arutunyan getməyə razıdır, Paşinyan isə yox...

Hazırda Xankəndi başda olmaqla işğalda qalan ərazilərimizdə, xüsusilə də onun “idarəçiliyində” Rusiya sülhməramlılarından xəbərsiz quş da uçurulmadığını nəzərə alsaq, Balasanyanın aktivləşməsini və xoruzlanmasını təsadüfi saymaq olmaz.

Belə görünür ki, ermənilərin himayədarları müharibədəki acı məğlubiyyətə və onun gedişində söylənən yalanlara görə Paşinyanla məsuliyyəti bölüşməyə məcbur olan ixtisasca maliyyəçi Arutunyandansa azərbaycanlıların qanına susamış hərbi cinayətkar Balasanyanla “işləməyi” üstün tuturlar. Və belə məlum olur ki, Muradov Arutunyanla nə qədər qucaqlaşıb öpüşsə də, “yuxarıların” seçimi Balasanyanın üzərində dayanıb.

Bəlli məsələdir ki, Azərbaycanın Ermənistanı diz çökdürdüyü müharibədə hansı deşikdə gizləndiyi bilinməyən Balasanyanı cəsarətləndirib ortaya atan kimdir. Məlum olduğu kimi, bu cinayətkar digər cinayətkar Araik Arutunyana qondarma rejimin “prezidenti” postu uğrunda keçirilən “seçkidə” uduzmuşdu, heç ikinci də yox, üçüncü olmuşdu. Köçəryan-Sarqsyan klanının tör-töküntüsü olan bu məxluqun indinin özündə də ermənilərin arasında ciddi nüfuzu yoxdur. Buna baxmayaraq, məhz onun “xortladılıb” ortaya atılması təbii ki, təsadüfi deyil.

Noyabrın 10-dan bu yana ermənilər tərəfindən törədilən hər iki təxribatın nəyə xidmət etdiyi və kimlərin maraqlarına uyğun olduğu da heç kimə sirr deyil. Məsələ ondadır ki, bölgədə törədilən hər bir təxribat, diversiya aktı rus sülhməramlılarının buradakı mövcudluğunun vacibliyini və gələcəkdə daha da gücləndirilməsinin zəruriliyini şərtləndirir.

Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov bu gün Qarbağdakı sülhməramlılara qarşı təxribatlara dair suala cavab verərkən deyib ki, “Rusiya sülhməramlılarına qarşı provakasiyalara hələlik(!) rast gəlinməyib”.

Bəs kim təminat verə bilər ki, bu “hələlik” müvəqqəti xarakter daşımır və başıpozuq silahlı erməni dəstələri sabah hansısa təxribat törədərək, vəziyyəti gərginləşdirməyəcək və rus sülhməramlılarının “operativ müdaxiləsinə” ehtiyac olmayacaq? Hadrut istiqamətində baş verən hər iki təxribat göstərdi ki, bölgədə istənilən an gərginlik və vəziyyətin nəzarətdən çıxdığına dair görüntü yaratmaq olar. Bunun baş verməməsinin yeganə yolu erməni hərbi birləşmələrinin bölgədən çıxarılması, silahsızlaşdırılmasıdır ki, bunu da Rusiya etməlidir. Ancaq etmir, əksinə, Azərbaycana qarşı ağır cinayətlər törətmiş qatili qondarma rejimin əsas fiquruna çevirir.

Hər kəsə məlumdur ki, Köçəryan-Sarqsyan klanının bu tör-töküntüləri özləri bir zibil olmasalar da, revanşist əhval-ruhiyyə yaratmağa və bunun üçün təxribatlar törətməyə çalışacaqlar. Bununsa ən çox kimə sərf etdiyini növbəti dəfə izah etməyə ehtiyac yoxdur...

Görünən odur ki, Paşinyanı devirmək nə qədər çətindirsə, Arutunyanı aşırmaq bir o qədər asandır. Bu plan baş tutsa, bundan sonra əsəblərimizlə Arutunyan yox, quduzluğuna görə ondan da betər olan Balasanyan oynayacaq.

Azərbaycan isə onun üstünə xoruzlananlara hansı aqibət yaşatdığını 44 günlük müharibədə göstərdi. Ancaq bu qətiyyətli və sərt mövqedən, davranışdan, siyasi ritorikadan qətiyyən geri durmaq olmaz.

Lakin nədənsə Balasanyanın son sərsəmləmələri də daxil olmaqla, separatçıların təxribatçı bəyanat və çağırışlarına, eləcə də onların sülhməramlılarla “cici-bacı” münasibətlərinə Bakıdan çox da adekvat reaksiya verilmir. Bu susqunluq isə yaxşı heç nə vəd etmir...шаблоны для dle 11.2

Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024