Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-02-2021, 18:01)
Mərkəz açıldı, dərhal atəşkəs pozuldu: - Əmr haradan verilib?

 44 günlük müharibədən sonra Ermənistan ilk dəfə atəşkəsi pozdu. Məkan və zaman diqqət çəkir:

- Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi istiqamətində;

- Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışından iki gün sonra;

Bu iki məqam fonunda Ermənistan tərəfinin pulemyot silahdan açdığı 20 atəş maraqlıdır. Niyə dövlət sərhədində, niyə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından dərhal sonra? Və bu atəşin arxasında kim(lər) dayanır?

Sualların cavabları ilkin ehtimalları önə çıxarır:

1. Qazaxın işğal altında olan 7 kəndinin qaytarılması gündəmdədir: Ermənistan ordusu daxilində Paşinyana tabe olmayan qüvvələr atəşkəsi pozmaqla dirəniş göstərirlər;

2. Ermənistan dövlət sərhədində atəşkəsi pozmaqla Azərbaycanı yeni eskalasiyaya cəlb etmək və KTMT-nin müdaxiləsinə zəmin yaratmaq istəyir: müharibədən öncə sərhəddə belə cəhdlər olub;

3. Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından sonra belə bir cəhdlə Ankara və Moskvanı üz-üzə qoymaq istəyirlər: dövlət sərhədində eskalasiya Rusiyanın Ermənistan, Türkiyənin Azərbaycan qarşısında təhlükəsizlik öhdəliyinini gündəmə gətirir, beləliklə, sülhü təmin etmək üçün Qarabağa gələn iki ölkə münaqişə tərəfinə çevrilir;

4. Ankara-Moskva qarşıdurması münaqişənin həllindən kənarda qalan – Minsk qrupunun iki üzvünün – Fransa və ABŞ-ın marağındadır: Ermənistan hakimiyyəti Qərbdən gələn tapşırığa uyğun silahı işə salır;

Hərçənd, bu ehtimalları zəiflədən iki məqam var:

Birincisi, Paşinyan hakimiyyəti müharibədən sonra yaranmış reallığı qəbul edir və Moskvanın Tovuz döyüşlərinin təcrübəsi fonunda KTMT-ni prosesə daxil etməyəcəyini bilə-bilə buna getməz;

İkincisi, Paşinyan hakimiyyəti regionda yaradılan “altılıq platforması”nda yer almaq istəyini gizlətmir, müharibədə və müharibədən sonra İrəvanın zəmanəti kimi çıxış etməyə çalışan, əslində İrəvan üzərindən regionda mövcudluğunu davam etdirmək istəyən Fransanı heç də təsəvvür etdiyimiz kimi dinləmir: Makron özü Fransadakı erməni icması ilə görüşdə bunu dilə gətirmişdi; 11 yanvar Moskva görüşü haqqında Paşinyan yenə Emmanuelə heç bir məlumat verməmişdi;

Bir-birini təkzib edən ehtimallar açılan atəş əmrinin haradan verildiyinin izini itirir.

Ermənistan ordusu daxilindəki qrupların özfəaliyyətidirsə, niyə indi?

Yaxud erməni ordusunda rusiyayönümlü qüvvələrin rolu nə qədər ola bilər?

30 yanvar: Monitorinq Mərkəzi fəaliyyətə başlayır;

2 fevral: Dövlət sərhədində atəşkəs pozuldu;

2 fevral: Köçəryan və Sərkisyan müxalifət liderləri ilə görüşdü;

3 fevral: Köçəryan Moskvadadır;

Hadisələrin inkişafı diqqəti “Qarabağ klanı”na – Köçəryan və Sərkisyana Sarkisyana, onların üzərindən Rusiyaya yönəldir. Atəş Moskvan açılıb?

Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə rusların Qarabağda rahat fəaliyyətinin qarşısını alır; Artıq sülhməramlıların əvvəlki kimi funksiyasından kənar addımlar atması çətin olacaq; Bakı və Ankara üçtərəfli razılaşmada nəzərdə tutulmuş erməni silahlıların çıxarılması üzərində dirənəcəklər;

Moskva Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ssenarisi ilə əlindəki ehtiyat rıçağı nümayiş etdirir: sərhəddə eskalasiya ilə KTMT-nin müdaxiləsinə zəmin yaratmaq mesajı; Mərkəzin fəaliyyətindən bir neçə gün öncə sülhməramlıların Azərbaycan maşınlarının Suqovuşandan Kəlbəcərə buraxmaması da “əzələ nümayişi” idi;

Rusların türklərin gəlişindən sonra belə cəhdlərlə özlərinin “hakim mövqeyini” nümayiş etdirmək və istəklərini almaq üçün mesajlar verdiyi istisna deyil.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024