Siyasət (3-02-2021, 10:38)
Hüquq müdafiəçisi Baş Prokurorluğa çağırılıb – Rusiyalı təxribatçı ilə əlaqədar
Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsinin (CIPDH) Azərbaycan üzrə komissarı vəzifəsini icra edən Elçin Axundzadə, tanınmış rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyova qarşı cinayət işi başlanılması xahişinə əsasən ifadə vermək üçün Respublika Baş Prokurorluğunun Baş İstintaq İdarəsinə dəvət edilib. Bu barədə "Mediatv.az"-a Axundzadənin özü məlumat verib.
Xatırladaq ki, ötən il oktyabrın 19-da hüquq müdafiəçisi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şəbəsinin müdiri Fuad Ələsgərova müraciət etmişdi. O, müraciətində, Solovyovun Qarabağdakı müharibənin müzakirəsinə həsr etdiyi proqramlarında açıq-aşkar bir ermənipərəst mövqe tutaraq, yalnız Azərbaycan qanunvericiliyini pozmadığını, xarici muzdluları açıq şəkildə Ermənistanın hərbi heyətinə qoşulmağa çağırdığını, həm də Azərbaycan xalqını təhqir etdiyi qeyd edirdi. Jurnalist Dağlıq Qarabağı “Artsax” adlandıraraq, publik şəkildə Azərbaycanın ərazi bütövlüyünə şübhə altına alırdı.
“Dünən (1 fevral – red.) istintaq idarəsinə gedərək, orada Solovyovun qanunları pozduğu bütün epizodları əks etdirən ifadəmi yazdım. Bununla əlaqədar Baş İdarədə araşdırma başlayıb. Azərbaycan qanunlarını və beynəlxalq hüquq normalarını pozan hər kəs əməllərinə görə cavab verəcək. Mən həmişə ölkəmin maraqlarını müdafiə etmişəm və bundan sonra da qoruyacağam. Çox istərdim ki, aidiyyəti dövlət strukturları məni dəstəkləsin ki, Azərbaycanın düşmənlərinə qarşı mübarizədə əlavə platformalardan və mənbələrdən istifadə etməyimə kömək göstərsinlər”, - hüquq müdafiəçisi bildirib.
“Mən bu döyüş meydanında hələlik təkəm. Əlbəttə ki, maddi dəstəkdən danışmırıq. Ermənilər informasiya müharibəsini davam etdirirlər və revanş arzularını açıq elan edirlər. Düşməni hər tərəfdən dəf etmək üçün birləşməliyik”, - deyə Axundzadə vurğulayıb.
Xatırladaq ki, V.Solovyov dəfələrlə “azərbaycanlıların qaniçənliyi” ilə bağlı saxta məlumatlar yayaraq, tamaşaçıları aldadıb.
Azərbaycan könüllülərinin cəbhəyə səfərbərlik səhnəsini erməni könüllüləri olaraq göstərib və yalnız kadrlarda Azərbaycan bayrağı görünəndən sonra işfa olunduğunu anlayıb və təhqirlərə keçib. Bir müddət sonra bu hiyləgər, bir yapon “Youtube” istifadəçisi tərəfindən şəbəkədə yerləşdirilən “ARMA 3” oyununun yer-hava döyüşünün görüntülərini Dağlıq Qarabağ hadisələri adı altında təqdim edərək, Azərbaycanın hava hücumundan müdafiə vasitələrinin “Rusiya sərhədindən 80 km-də təyyarəni belə atəşə tutduğunu” bildirmişdi...
“Vladimir Solovyovun Azərbaycanı sevməməsini başa düşmək olar. Amma azərbaycanlılara qarşı təhqirini və vətəndaşları ölkəmizin qanunlarını pozmağa açıq çağırışını bağışlamaq olmaz”, - deyə hüquq müdafiəçisi fikrini yekunlaşdırıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024