Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Qarabağda Rusiyanın sülhməramlı fəaliyyətindən danışıb.
"Mediatv.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, Zas bu barədə onlayn brifinq zamanı danışıb.
"Rusiya sülhməramlılarının gəlişi bölgədə vəziyyəti sabitləşdirdi. Rusiyanın vasitəçiliyi ilə qan tökülməsini dayandırmaq və daha böyük bir faciənin qarşısını almaq mümkün oldu. Atəşkəs elan olunması və Rusiya sülhməramlı missiyasının Qarabağa daxil olması münaqişə bölgəsindəki vəziyyəti normallaşdırdı. Ümumilikdə Cənubi Qafqazdakı vəziyyəti stabilləşdirdi", - deyə KTMT baş katibi bəyan edib.