Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-02-2021, 09:15)
Türk hərbçilərinin regionda rəsmi mövcudluğu qaranlıq məqamlara aydınlıq gətirəcək - GƏLİŞMƏ


Türk hərbçilərinin regionda rəsmi mövcudluğu qaranlıq məqamlara aydınlıq gətirəcək
Yanvarın 30-da Ağdam rayonunun işğaldan azad edilən ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər. Açılışda çıxış edən hərbçilər vurğulayıblar ki, mərkəzin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Burada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki idman şəhərciyi, eləcə də iki örtülü idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir. Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb və sutkalıq mühafizə təşkil olunub.

Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş otaqlar da hazırlanıb. Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir. Türkiyənin müdafiə naziri ortaq mərkəzdə bir generalın və 38 personalın təmsil olunacağını bildirib.

Ekspertlərə görə, çoxdandır gözlənilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması sülhyaratma missiyası baxımından yeni mərhələnin start götürdüyü anlamına gəlir. Mərkəz sülhün möhkəmlənməsinə töhfə verməklə yanaşı, Qarabağda terror hərəkətlərinin də qarşısını alacaq. Yəni xırda problemləri nəzərə almazsaq, Mərkəz Qarabağda sülh və əminamanlığı təmin edəcək və təxribatçı hərəkətlərin qarşısını dərhal alacaq.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “Şərq”ə deyib ki, 10 noyabr anlaşmasından sonra Rusiya sülhməramlılarının təcili Qarabağa yerləşməsi cəmiyyətdə çaşqınlığa səbəb oldu. Ekspertin sözlərinə görə, məhz bu narahatlıqdan sonra yaxın günlərdə Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılacağı məsələsi gündəmə gətirildi:

“Xeyli vaxtdır həm Türkiyə, həm də Azərbaycan mediasında ciddi müzakirə olunurdu ki, türk hərbçiləri prosesdə necə iştirak edəcək, sayları nə qədər olacaq və s. Eyni zamanda Rusiya rəsmilərinin təzadlı açıqlamaları ortamı gərginləşdirirdi. Birgə Monitorinq Mərkəzinin yaradılması və açılış mərasimi bir çox məqamlara aydınlıq gətirdi.

Türk hərbçilərinin regionda rəsmi şəkildə mövcudluğunun Kreml tərəfindən qəbul olunması olduqca mühüm amildir. Vacib nüanslardan biri də monitorinqin iki ölkənin təmsilçilərinin iştirakı ilə birgə aparılmasıdır. Əvvəlki dönəmlərdə bu missiyanın ancaq Moskva tərəfindən icra olunacağı iddia olunurdu. Amma gördüyümüz kimi artıq qardaş Türkiyə bu prosesdə yaxından iştirak edəcək”.

Siyasi şərhçi vurğulayıb ki, Ankara ilə Bakı arasında imzalanmış əlahiddə anlaşmalara əsasən, Monitorinq Mərkəzindən əlavə türk hərbçilərinin digər ərazilərimizdə də fəaliyyəti mümkündür:

“Mərkəz Qarabağdakı proseslərə ümumi nəzarəti həyata keçirəcək və düşünürəm ki, nəticə müsbət olacaq. Hazırda sülh quruculuğu mərhələsində yaşayırıq. Gələcəkdə Ermənistanın hansısa təxribata və işğala əl atacağı, rus sülhməramlılarının öz öhdəliklərini yerinə yetirməsi və s. məsələlər Mərkəzdəki türk hərbçilər tərəfindən diqqətlə izləniləcək. Digər problemlər isə birbaşa Azərbaycan və Türkiyə rəsmiləri arasında həll ediləcək. Nəzərə alaq ki, Monitorinq Mərkəzindəki hərbçi sayı Rusiya sülhməramlılarından çox azdır.

Hesab edirəm ki, ictimaiyyətdə narahatlığa səbəb olan rus sülhməramlıları məsələsini nisbətən balanslaşdırmaq üçün türk hərbçilərinin ölkəmizin müxtəlif yerlərində fəaliyyətə cəlb olunmasına da ehtiyac var”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024