Bunu Unikal.org-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, adı çəkilən və digər məmurlar ölkə başçısının bu çıxışından nəticə çıxarmalıdırlar:
"Cənab Prezident dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Burada ofis açmaqdan söhbət getmir, torpaq zəbt etməkdən söhbət gedir. Yəni, orada gedib 100 hektarlarla ərazi zəbt etsinlər və özlərinə otellər, müəyyən ticarət obyektləri tiksinlər. Bu da olacaq özbaşınalıq. Orada Arxitektura komitəsi işləyir. Necə olmalıdır evlər, yollar, küçələr və s. Mən ümumiyyətlə, təəccüb edirəm ki, Cənab Prezidentə zəng edib deyirlər ki, Qarabağda regional idarə yaradım. Sərhəd zonasında, Kəlbəcər Laçın və s. yerlərdə ciddi problemlərimiz var. Ondansa deyin ki, əsgərlər üçün kazarma tikim və onlar orada yaşasınlar. Bunu deyən yoxdur. Hamısı köhnə ampluasındadır. Elə bilirlər belə də davam etməlidir. Belə davam edə bilməz, çünki bunlar çox ciddi məsələlərdir. Əgər Cənab Prezident konkret adlar çəkirsə, deməli, həmin şəxslər də müəyyən dərs götürməlidirlər. Ölkə başçısı onları açıq tənqid etməyə məcbur oldu. Orada ictimai nəzarətsiz heç nə yaratmaq mümkün deyil. Ona görə də xüsusi nümayəndəliklər açılacaq, necə ki artıq Şuşada xüsusi nümayəndəlik yaradılıb. Ona görə də insanlar oraya köçməyənə qədər, yaşayış binaları, sosial obyektlər açılana qədər orada heç kimə nə torpaq vermək lazım deyil, nə də ki nəsə tikməyə icazə vermək lazım deyil. Onların əksər rayonlarda, o cümlədən Bakıda villaları var. Özü də ucuz villa deyil, bahalı villalardır. Birincisi soruşmaq lazımdır ki, sən o villanı hansı pulla tikmisən? Hamısı rüşvətxorluğun, korrupsiyanın nəticəsidir. Son hadisələr, həbsləri hamı başa düşməlidir və bilməlidir ki, dövlət başçısı lazım olduqda belə addımları atacaq. Amma bu məmurların həbsinin yox, əmlaklarının alınıb dövlətə qaytarılmasının tərəfdarıyam. Bizdə məlumat 1 faizdirsə, onda 100 faizdir. Öz komandasından, hüquq-mühafizə orqanlarından, DTX-dən məlumatları alır”.
Siyasət (1-02-2021, 22:31)
"Əgər Prezident konkret adlar çəkirsə, deməli…” – Vahid Əhmədov
"Bu çox unikal bir çıxış idi, çünki konkret adlar çəkildi. Mən düşünürdüm ki, müharibədən sonra məmurlar rüşvətxorluq, ərazi zəbt etmə kimi əməllərindən əl çəkərlər. Amma mən bunu görmədim. Hər şey öz axarında gedir."
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024