Siyasət (30-01-2021, 18:30)
“Xocalı, Xocavənd, Ağdərə, Xankəndinə azərbaycanlı qaçqınların qayıtması hədəflənir...”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azadlıq” radiosuna bildirib ki, Bakının da BMT-nin qiymətləndirmə missiyası ilə müxtəlif mövzularda müzakirəsi gedir.
Bunlardan biri Qarabağın işğalına görə Azərbaycana dəymiş ziyanın, dağıntıların hesablanmasıdır. Onun sözlərinə görə, BMT-nin qiymətləndirməsi olarsa, xaricdən vəsait cəlb etmək olar.
Fərid Şəfiyev deyib ki, Rusiya sülhməramlılarının nəzarətində olan Xocalı, Xocavənd, Ağdərə, Xankəndi və sair bölgələrə azərbaycanlı qaçqınların qayıtması Azərbaycan hökumətinin hədəfidir, rəsmi Bakı bu tələbi təmin etməyə çalışacaq, amma bu məsələ, birinci mərhələdə hələ ki, real deyil: “Çünki əsas məsələ təhlükəsizlikdir. Bu, qayıdış planının 2-ci hissəsidir. Biz əvvəlcə bunu Rusiya ilə müzakirə edəcəyik”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 28-də keçirilən mətbuat konfransında bildirib ki, BMT-nin kompleks qiymətləndirmə missiyasının Dağlıq Qarabağa göndərilməsi ilə bağlı həm Ermənistan, həm də Azərbaycanla danışıqlar gedir. Xanım Zaxarova deyib ki, Moskva, bu işə başqa ölkələrin, nüfuzlu beynəlxalq strukturların qoşulmasını faydalı hesab edir. Zaxarova missiyanın hansı işlə məşğul olacağını deməyib.
Xatırladaq ki, Qarabağda 44 gün davam müharibədən sonra noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan atəşkəs razılaşmasına görə, məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığıİdarəsinin nəzarəti altında öz evlərinə qayıtmalıdırlar.
Müharibə bitən kimi erməni əhali Rusiya sülhməramlılarının nəzarəti ilə bölgəyə qayıtmağa başlayıb. Amma hələlik nə işğaldan azad olunan ərazilərə, nə də hələ də erməni və Rusiya sülhməramlılarının nəzarətində olan bölgələrə azərbaycanlı qaçqınlar qayıda bilməyib. (azadliq.org)
İşğal dövründə bu ərazilərdə yaşayışüçün bütün infrastruktur dağıdıldığından və ərazilər minalandığından bir milyon nəfərə yaxın köçkünü hələlik öz evlərinə qaytarmaq mümkün olmur.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024