Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-01-2021, 11:45)
Ermənilərin Mehri narahatlığı: düşmən niyə təşvişdədir?

 Azərbaycan, Rusiya və Ermənistan arasında növbəti üçtərəfli görüş Baş nazirlərin müavinləri səviyyəsində 30 yanvar 2021-ci il tarixində Moskvada reallaşacaq. Verilən məlumata görə, görüşdə biri Naxçıvanı Azərbaycana, digəri Ermənistanı Rusiyaya bağlayan iki dəmir yolu layihəsi müzakirə ediləcək.
Bu günlərdə Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Viktor Nadein-Rayevski layihələrin reallaşmasının yalnız Azərbaycan və Ermənistana fayda gətirməyəcəyini, ümumilikdə bütün bölgənin inkişafına töhfə verəcəyini bildirib. Azərbaycanın materik hissəsinin Naxçıvanla əlaqəsinin bu günə qədər yalnız İran ərazisi və ya hava yolu ilə həyata keçirildiyini xatırladan Nadein-Rayevski birbaşa quru əlaqəsinin Bakıya faydalı olacağını qeyd edib: “Bu layihə həm də Ermənistanın xeyrinədir. Rusiya və Ermənistan arasındakı yolların Azərbaycan üzərindən yenidən açılması son dərəcə vacibdir. Çünki bu, Gürcüstan ərazisindən keçən və ya açılması planlaşdırılan magistral yollardan fərqli olaraq daha etibarlı yoldur. Gürcülərin Abxaziya yolundan istifadə edilməsinə mane olması, Ermənistanın ixracat və idxalının qarşısını ciddi şəkildə alırdı. Buna görə də açılacaq dəhlizlər həm Ermənistanın inkişafına kömək edəcək, həm də tranzit haqqı, xidmət işçiləri və bir çox digər məsələlərə görə Azərbaycan üçün son dərəcə faydalı olacaq. Bu, ölkələrdə məşğulluğun artmasına və ümumilikdə bölgə iqtisadiyyatının aktiv inkişafına kömək edəcək”. O, bu xətlərin Türkiyəyə də fayda gətirəcəyini söyləyərək, Türkiyənin Ermənistan üzərindən türk dünyası ilə birbaşa quru əlaqəsinin bərpa ediləcəyini bildirib.
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bölgədəki kommunikasiyaların blokadadan çıxarılmasını çətin, lakin tamamilə həll edilə bilən bir vəzifə hesab edib. Onun sözlərinə görə, yalnız üç liderin 11 yanvarda qəbul edilmiş birgə bəyanatının müzakirəsi planlaşdırılır. O, daha ətraflı bir şey deyə bilməyəcəyini bildirib.
Təəccüblüsü budur ki, Ermənistanda kommunikasiyaların açılması ətrafında müzakirələr aparılarkən erməni ekspertlər və hətta rəsmilər az qala bu anlaşmanın əhəmiyyətini azaltmağa çalışırlar. Hətta bir çoxları özlərini elə aparır ki, sanki kommunikasiyaların açılması daha çox Azərbaycan və Türkiyə üçün vacibdir, guya Ermənistan üçün elə də vacib əhəmiyyət kəsb etmir. Hətta ermənilər iddia edirlər ki, onların Azərbaycan ərazisindən Rusiyaya gedib-gəlmələri təhlükəlidir. Bu günlərdə Enerji təhlükəsizliyi agentliyi mərkəzinin rəhbəri Vaqe Davtyan bildirib ki, dəmir yolu xəttinin bərpası Qars-İğdır-Naxçıvan xəttinin Mehri-Zəngilan-Bakıyadək uzadılması, nəticədə Türkiyə və Azərbaycan arasında növbəti logistik əlaqənin yaradılması Türkiyə-Azərbaycan yükdaşımalarının stimullaşdırılması deməkdir.
“Apaven” yükdaşıma kompaniyasının direktoru Qagik Ağacanyan isə daha absurda gedərək iddia edib ki, Mehri dəhlizinin istismarı Ermənistan üçün “əsas təhlükə”dir. Onun sərsəm fikirlərinə görə, Mehri dəhlizi ilk növbədə Azərbaycana “hava kimi” lazımdır. Ağacanyan deyib ki, Mehrisiz də, minimal xərclərlə nəqliyyat kommunikasiyalarını blokadadan çıxartmaq olar. Onun sözlərinə görə, Mehri razılaşması əldə olunduqdan sonra dəmir yolunun 45 km-lik hissəsindən Azərbaycan qatarları Ermənistana fayda vermədən keçəcək. Bundan əlavə, Ermənistan həmin əraziyə nəzarəti itirəcək.
Şübhəsiz ki, Mehri dəhlizinin açılması Azərbaycanın əsas hissəsi ilə 30 ildir blokadada qalmış Naxçıvan arasında birbaşa əlaqənin bərpası, o cümlədən Türkiyə-Azərbaycan dəmiryolu əlaqəsinin qısalması baxımından olduqca faydalıdır. Ona görə də anlaşmanın faydalı tərəfləri daim vurğulanır. Özü də bu faydanı təkcə Bakı və Ankara dilə gətirmir, Rusiya və İrandan da təqdiredici fikirlər gəlir. Ancaq dalan ölkəsi olan Ermənistanda faktiki olaraq onun dünyaya açılmasına imkan verə biləcək layihə də süngü ilə qarşılanır. Ağacanyankimilər bu faydadan danışmaqdansa, “bizim köməyimizlə Türkiyə və Azərbaycan ölkəmizdən keçərək özlərinə yol açacaqlar” kimi sərsəm açıqlamalar verir.
Qeyd edək ki, erməniləri narahat edən əsas məsələ Mehridən Azərbaycan və ya Türkiyə qatarlarının keçəcəyi deyil. Onları təşvişə salan dəmiryolu xəttinin Mehridən keçən hissəsinin sovet dövründə Azərbaycan dəmir yollarının balansında olmasıdır. Onlar Mehri nəfəsliyinin əldən çıxacağından ehtiyatlanırlar və Zəngəzurda baş verənləri xatırladırlar.
Sözsüz ki, tarixi ədalət bərpa olunmalıdır. Hələ 2019-cu ildə Azərbaycan Dəmir Yolları QSC-dən bunlar bildirilmişid: “Horadiz-Ordubad sahəsində yerləşən dəmir yolu və onun infrastrukturu, o cümlədən Ermənistan Respublikası ərazisindən keçən 43,4 km dəmir yolu xətti Sovet İttifaqı dövründə Azərbaycan Dəmir Yollarının balansında olmuşdur. Dağlıq Qarabağ müharibəsinin başlanması və dəmir yolu xəttinin keçdiyi ərazilərin işğal altına düşməsi ilə əlaqədar olaraq Horadiz-Ordubad xəttinin istifadəsini mümkünsüz etmişdir”.
Bundan əlavə, erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240, 4 km. sahəsi işğal altına düşmüşdür: Horadiz-Ordubad sahəsi üzrə 144 km. (o cümlədən Mehri rayonu üzrə 43, 4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51,0 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km. İşğal nəticəsində dəmir yolunun təsərrüfatlarına təxminən 45 mln. 060 min ABŞ dolları məbləğində ziyan dəyib. Təsərrüfatlar üzrə dəyən ziyanın məbləği aşağıdakı kimidir: Lokomotiv təsərrüfatı üzrə - 1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılıb. Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalmış, təqribən 14 mln. ABŞ dolları həcmində ziyan dəyib. Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı - 4 mln. 860 min ABŞ dolları məbləğindədir. Azərbaycan dövləti Ermənistandan dəmir yolu təsərrüfatına dəymiş zərərin hesabını da istəyəcək heç şübhəsiz. Artıq beynəlxalq səviyyədə məhkəmə davası açılır. Bütün bunlar Ermənistanı təşvişə salır. Mehri yoluna nəzarəti ələ keçirəndən sonra ordakı cinayətləri hesablamaq və beynəlxalq aləmə təqdim etmək imkanı da yaranır.
İndiki halda nəzərlər 30 yanvar görüşünə dikilib. Moskvada Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın görüşü keçiriləcək.
"Mediatv.az" xəbər verir ki, ermənişünas alim, politoloq Qafar Çaxmaqlı Musavat.com-a bildirib ki, Ermənistanın bölgədə kommunikasiyaların açılması və bölgə ölkələrinin bununla bağlı əməkdaşlıq imkanlarının açılmasından yararlanacağı qaçılmaz idi: “11 yanvar razılaşması nəticəsində əslində Ermənistan təcrid vəziyyətindən çıxmağı düşünür. Baş nazir müavinləri səviyyəsində aparılacaq danışıqların əsas predmeti, hesab edirəm ki, Ermənistanın Mehri rayonundan Naxçıvana açılacaq yol olmalıdır. Burada dəmir yolu xəttinin inşasında Rusiya, İran da maraqlıdır. Şübhəsiz ki, bu xətlərin açılması Ermənistanın da xeyrinədir. Ermənistanda gedən müzakirələr nəticəsində belə qərara gəlinib ki, düşmən ölkə Rusiya ilə Azərbaycan ərazisindən keçməklə nəqliyyat-kommunikasiya əməkdaşlığı etsin. Bizim üçün prioritet Naxçıvana açılacaq yoldur, bununla əlaqədar erməni ictimaiyyətinin hay-küyü mənasız cəhdlərdir”.
Q.Çaxmaqlı qeyd etdi ki, bu danışıqlarda Azərbaycanı Şahin Mustafayevin təmsil etməsi də yaxşı haldır: “O, ermənicə yaxşı bilir, ermənilərin iç üzünə bələddir”.
Ermənilər Mehri dəmir yolunun bərpası ilə yanaşı, Zəngilandan Naxçıvana aparan avtomobil yolunun çəkilməsinə də mane olmaq istəyirlər. Vaxtilə bu istiqamətdə çəkilən yol məhz Qarabağ hadisələrinin başlanması səbəbindən yarımçıq qalıb. İndi ermənilər bu layihənin qarşısını almağa çalşırlar. Amma yəqin ki, Laçın dəhlizindən istifadə edilməsinin qarşılığında Mehri dəhlizi ilə bağlı da Ermənistanın qarşısında konkret tələblər qoyulacaq".шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024