Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-01-2021, 10:40)
Ermənilər yeni qucaq axtarışında: - Rusiyadan qopub, NATO-ya üzv olmaq xəyalı...

Ermənilər yeni qucaq axtarışında:
Rusiyanın Ermənistanla uzunmüddətli müttəfiqliyi 27 sentyabrda başlanan 44 günlük müharibə ilə xeyli dərəcədə korlandı. Ermənilərin tarixən qahmarçısı olmuş, onların Qarabağa yerləşdirilməsində, elə I Qarabağ savaşında əvəzsiz dəstəkçisi olmuş rusların bu dəfə onlardan üz çevirməsi münasibətlərdə ciddi çat yaradıb.

Təbii ki, bunun səbəbləri təkcə Kremldən qaynaqlanmır. 2018-ci ildə Ermənistandakı inqilab, hakimiyyətə qərbpərəst Nikol Paşinyanın gəlişi, onun Moskva üçün əhəmiyyətli olan “Qarabağ klanı”ndan həbslərə başlaması, Robert Köçəryanın azadlığa buraxılması üçün Rusiya prezidenti Vladimir Putinin xahişinin eşitməməsi, ölkədə rus telekanallarını qadağan etməsi, məktəblərdə rus sektorlarını ləğv eləməsi, bütövlükdə anti-Rusiya ritorikası əlaqələri tarixi relsdən çıxardı. Bu, şübhəsiz ki, 44 günlük müharibədə Rusiyanın tutduğu mövqedə özünü göstərməyə bilməzdi. Ermənilər ümid edirdilər ki, yenə onların dadına müttəfiqləri çatacaq.

Amma Putin “Müharibə Azərbaycan ərazisində gedir” söyləməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanın xeyrinə hərbi müdaxiləni dəstəkləmədi. Bununla da N.Paşinyanın Ermənistanı Rusiyanın orbitindən tam çıxarıb, Qərb istiqamətində yürümək cəhdini puça endirdi, ağır şəkildə cəzalandırdı.

Ermənistanın hərbi kapitulyasından sonra isə Rusiya müəyyən qədər onlara əl uzatdı. Öz sülhməramlı qoşunlarını Dağlıq Qarabağa yerləşdirdikdən sonra ermənilərə yardımlar daşınır, tikinti aparılır, savaş vaxtı İrəvana getmiş insanları Xankəndinə qaytarmağı təmin edir, Ermənistan rəsmiləri Qarabağa gələrək “dqr” rəhbərləri ilə görüşlər keçirirlər və s. ...

Amma istənilən halda, Paşinyan hakimiyyəti və Ermənistan cəmiyyəti Rusiyadan qopmaq arzuları ilə alışıb-yanırlar. Bundan sonra Moskva-İrəvan münasibətlərinin necə olacağı da qeyri-müəyyəndir. Çünki Paşinyan ABŞ prezidenti Cozef Baydenə və Avropa Birliyinə böyük ümidlər bəsləyir.

Bu mövzuda “Turan” agentliyinə müsahibə vermiş Ermənistan Avropa Partiyasının sədri Tiqran Hzmalyan deyib ki, müharibənin nəticəsi Ermənistanın Rusiyadan qoparılması olacaq. Onun sözlərinə görə, necə ki, bu, Gürcüstan, Moldova və Ukraynadakı analoji proseslər nəticəsində baş verdi: “Ermənistan rusiyapərəst kollaborasionistlərin hakimiyyətini devirəcək və Cənub-Şərqi Avropanın tərkibində Avropa İttifaqına və NATO-ya inteqrasiya olunmağa başlayacaq”.

Ümumiyyətlə, Ermənistanın əksər siyasi qüvvələri hesab edir ki, Rusiya müharibədə ermənilərə “xəyanət” edib. Uduzmuş, ordusu dağılmış, iqtisadiyyatı ciddi zərbə almış, siyasi böhran girdabında olan Ermənistanın Rusiyadan ayrılaraq Gürcüstan, Moldova və Ukrayna kimi müstəqil və Avropaya bağlı siyasət yürütməsi nə dərəcədə realdır? Ermənistan bu kursu tutarsa, nə ola bilər? Avropa və NATO ermənilərin yeni xəyallarıdır, yoxsa praqmatik siyasət aparılır? Paşinyan ermənilərin “Saakaşvilisi” ola bilərmi? Bəs Ermənistan Rusiyaya lazımdırmı? Ermənilərin Avropa dəyərlərini mənimsəmək potensialı həqiqətən varmı? Qonşularına qarşı torpaq iddiası olan, Qaregin Njde kimi faşistlərlə fəxr edən dövlətin və xalqın Qərbə yolu açıq ola bilərmi?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, ermənilər bütün istiqamətlərdə əlaqə qurmağa, inkişaf etməyə yeni imkanlar axtarırlar. Onun sözlərinə görə, Ermənistanın siyasəti əlaqə qurduğu dövlətlərdən yardım qoparmağa hesablanıb: “Onlar həm Rusiyadan, həm İrandan, həm Qərbdən nəsə qopara bilmək üçün yardımlar xahiş edirlər. Ona görə söhbət heç də bəşəri dəyərlərdən, Avropa sivilizasiyasına inteqrasiyadan getmir. Çünki ermənilərdə milli dəyər Njde (erməni faşisti - E.S) ideologiyasıdır”.

A.Mollazadə Ermənistanın Avropa dəyərlərinə yaxınlaşacağına inanmır: “Rusiyanın Ermənistanda böyük hərbi bazası var və bu faktor nəzərdən qaçırıla bilməz. Sadəcə, ölkəni idarə etmiş hərbi cinayətkar rejim Ermənistanı müharibəyə sürükləməklə yanaşı total korrupsiya mühiti yaradıb, regionun ən kasıb ölkəsi vəziyyətinə salıb. Həmin rejim müharibəyə gəncləri göndərməklə təkcə Azərbaycan xalqının deyil, həm də erməni xalqının qanına əli batıb. Ona görə Ermənistandan indi ”müharibələri təkrar etməyək" fikri güclənir".

Deputat hesab edir ki, Ermənistanın gələcəyi bir amillə bağlıdır, o da qonşularla normal siyasət qurmaqdan keçir: “Ermənilər qonşu ölkələrə qarşı ərazi iddialarından imtina etsələr, inkişaf edə bilərlər. Amma Njde ideologiyası ilə yaşamaq Ermənistanın bölgədə mövcudluğunu sual altına qoyur”. A.Mollazadənin sözlərinə görə, Ermənistanda iqtisadi vəziyyət ağırdır, minlərlə gənc ölkəni tərk edib və bütün bunları siyasi hakimiyyət düşünməlidir.

Politoloq Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyan hakimiyyəti Qərbə inteqrasiya etmək istəsəydi, Cıdır düzündə yallı getməzdi, “Qarabağ Ermənistandır” deyərək danışıqları pozmazdı: "Onun müharibəyə səbəb olan oyunbazlığı Ermənistana baha başa gəldi. Rusiya kömək etmədi, Qərb siyasi bəyanatlardan kənara çıxmadı. Erməni cəmiyyəti də o xəstə şüurdan, yalana söykənən tarixdən əl çəkməlidir. Bu təfəkkürə malik toplumla Qərbə doğru gedə bilməzlər".

Ekspertin fikrincə, Ermənistanın NATO-ya inteqrasiyası utopik görünür: “Çünki Rusiyanın hərbi bazası bu ölkədə yerləşir. Paşinyan hərbi bazaları Ermənistandan çıxarmalıdır, ardınca ”artsax" cəfəngiyatından imtina etməlidir. Biz isə görürük ki, onlar rus sülhməramlıların çətiri altında gizlənirlər, İrəvandan Xankəndinə səfərlər edirlər, məhz rus əsgərlərinə güvənərək bunu edirlər, hələ də erməni silahlı qüvvələri Dağlıq Qarabağı tərk etməyib, əksinə, Paşinyan statusdan danışır. Belə olan halda, Ermənistan tərəfi münaqişə barədə qeyri-konstruktiv siyasəti davam etdirdiyi təqdirdə, necə Avropa İttifaqına, NATO-ya inteqrasiya edə bilərlər? Mən deyərdim ki, Ermənistanın Avroatlantik məkana inteqrasiya prosesi tormozlandı, nə qədər ki, rus hərbi bazası Gümrüdə yerləşir, İrəvan üçün bu istək xəyal olaraq qalacaq".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024