Siyasət (28-01-2021, 23:12)
"İsrail-Azərbaycan əməkdaşlığı Ermənistanda anti-semitizmi artırıb" - XİN
İsrailin Diaspora Məsələləri Nazirliyi tərəfindən dünyada anti-semitizm ilə bağlı vəziyyətə dair illik hesabat hazırlanıb. Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, 27 yanvar - Holokost qurbanlarının anım günü öncəsində dərc edilən bu hesabatda dünya ölkələrində 2020-ci ildə anti-semitizm vəziyyəti dəyərləndirilir.
Hesabatda Ermənistanda anti-semitizmin ciddi şəkildə artması ilə bağlı məlumat verilir. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də İsrail ilə Azərbaycan arasında siyasi və müdafiə sahəsində əməkdaşlığın Ermənistanda anti-semitizmin artmasına gətirdiyi vurğulanır.
Bu fonda, erməni xalqına qarşı tarixi və hazırkı cinayətlər ittihamları ilə etnik-dini zəmində yəhudilərə qarşı siyasi tənqidin konkret hücumlar ilə əvəzləndiyi qeyd olunur. Israil dövlətinə qarşı tənqidin, hətta ifrat şəkildə antisemitizm bəyanatlarının səsləndiyi bildirilir.
Məlum olduğu kimi, Ermənistanda nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılmasının dövlət siyasətinə çevrildiyi tərəfimizdən dəfələrlə, o cümlədən ən yüksək səviyyədə qaldırılmışdır. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu ildə MDB Dövlət başçıları Şurasının iclasında konkret sənədlərə və dəlillərə əsaslanan çıxışını xatırlatmaq istərdik.
Azərbaycan tərəfinin davamlı şəkildə qaldırdığı və ciddi narahatlıq doğuran bu meyllər artıq beynəlxalq hesabatlarda əks olunur və beləliklə də, Ermənistanda anti-semitizmin artımı ilə bağlı həyəcan təbili çalınır.
Etnik və dini zəmində nifrət siyasətinin heç bir gələcəyi yoxdur və bu fikirlər onu təşviq edən dövlətin və xalqın fəlakətinə çevrilə bilər.
Ermənistan bu təhlükəli meyllərdən çəkinməli və xalqlararası sülh, əməkdaşlıq və rifahın yaradılması naminə səylər göstərməlidir. Sözsüz ki, bunun həm Ermənistana, həm bölgəyə, həm də beynəlxalq ictimaiyyətə faydası olacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024