Məlumdur ki, Azərbaycan Baş Prokurorluğu Qarabağda Ermənistan tərəfində vuruşan muzdlular haqda yeni-yeni cinayət işləri açır. Son olaraq iki liviyalı haqda həbs qərarı verilib.
“Yeni Müsavat” bildirir ki, bəzi iddialara görə, Azərbaycanda həbsdə düşmən ordu tərəfdən vuruşmuş 100-dən artıq terrorçu var. Baş Prokurorluqda yanvarın 25-də keçirilən toplantıda bildirilib ki, 21 muzdlu döyüşçü barədə axtarış elan edilib.
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan Rusiyanın “Mediamax” agentliyinə müsahibəsində maraqlı etiraflar edib. O bildirib ki, Qarabağdakı müharibə zamanı Rusiya müttəfiqlik borcunu yerinə yetirmək üçün əlindən gələni edib. Tonoyan müharibə boyu rusiyalı həmkarı Sergey Şoyqu ilə daim təmasda olduğunu və gün ərzində bir neçə dəfə onunla telefon danışığı apardığını söyləyib.
Yada salaq ki, müharibə vaxtı Rusiyanın özəl hərbi təşkilatı “Vaqner” silahlılarının da Qarabağda döyüşdüyü haqda iddialar var idi. Rusiyanın bəzi nəşrləri yazırdılar ki, “Vaqner”in 500 döyüşçüsü noyabrın əvvəlində Dağlıq Qarabağa gəlibmiş.
Bu mövzuda dekabrın 2-də “Russkaya planeta” saytı Telegram-kanalların birinə istinadən belə məlumat yayıb ki, Ermənistan Rusiya özəl hərbi şirkətinin əməkdaşlarına pul ödəməkdən imtina edib. Gürcüstanın milli təhlükəsizlik üzrə eksperti Qoça Qvaramia hesab edir ki, “Vaqner” qrupundan olan muzdlular indi sülhməramlılar adı altında Qarabağdadırlar. “Rusiya tərəfi məlumat yayıb ki, Qarabağ münaqişəsi zonasında yerləşdiriləcək bütün hərbçilər, yəni 1960 nəfər Suriya təcrübəsinə malikdir. Orada əsasən ”Vaqner" qrupunun muzdlularının döyüşməsi sirr deyil. Qrupun hərbi tərkibini Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat idarəsi olanlar və ya bu qurumların hazırladığı şəxslər təşkil edir. Nəzərə alsaq ki, BKİ üçün saxta sənəd hazırlamaq, öz şəxsi ehtiyacları üçün yenidən tərtib etmək çətin iş deyil"-deyə, o bildirib.
Əlbəttə, Qarabağa təcrübəsi olmayanları göndərməyiblər, amma onların Rusiyanın həmişə ehtiyacı olduğu “Vaqner”çilərdən təşkili ağlabatan görünmür. İnandırıcı deyil ki, Rusiya tərəfi xüsusi təyinatlı bu dəstələri Qarabağda sülhməramlı kimi saxlasın. Bu qüvvələr ona daha başqa platformada lazım ola bilər. Lakin yenidən belə bir iddia ortaya atılırsa, ona diqqət etmək və bu cür iddiaların haradan qaynaqlandığını təhlil etmək lazımdır. Şuşanın işğaldan azad edilməsi ərəfəsində mediada bu Azərbaycan şəhərinə ermənilərə dəstək üçün Rusiyanın “Vaqner” qrupundan olan 500-ə yaxın muzdlunun da göndərilməsi haqda xəbərlər yayılmışdı.
“Suriyada Türkiyənin ”Vaqner"çiləri sözün əsl mənasında darmadağın etməsi və bununla da Rusiyaya ciddi bir şillə vurması heç kimə sirr deyil. Və Putinin intiqam almağı xoşladığı nəzərə alınarsa, onda Türkiyənin “Rusiya tərəfindən Vaqner”çilərin iştirak edəcəyi bir sülhməramlı əməliyyata daxil olması öncə təxribatları nəzərdə tutur. Beləliklə, Putin açıq şəkildə Suriya üçün qisas almaqdan ötrü bir fürsət əldə etməyi planlaşdırır", - deyə ekspert ehtimal edib. Maraqlıdır ki, bu iddianı bizə o qədər tanış olmayan gürcü ekspert səsləndirib.
O, hansısa səhih informasiyaya söykənərək “Vaqner”çilərin Qarabağa yerləşdiyini söyləyir, yoxsa antirus mövqedə dayanan politoloq olduğu üçün belə danışıb?
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, əgər sülhməramlı adı altında “Vaqner”çilər Qarabağa yerləşdirilibsə, məsələni üzə çıxarmaq çətin deyil. A.Mollazadənin sözlərinə görə, belə fakt varsa, çox tez asanlıqla aşkar oluna bilər: “Çünki Qarabağdakı sülhməramlıların sayı bəllidir. Hamısı göz qabağındadır, onların arasında fərqli nümayəndə olarsa, çox rahatlıqla tapıla bilər. Mən bu məsələyə şübhə ilə yanaşıram”.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiyadan hər şey gözləmək olar, amma bu məsələdə həqiqət payının nə qədər olduğunu söyləmək çətindir: “Bundan əvvəl rus sülhməramlıları Çeçenistanda, Abxaziyada, Cənubi Osetiyada olublar. Onların içərisində də sülhməramlıların ”Vaqner"dən təşkil edildiyi iddia edilib. Ancaq Qarabağda sülhməramlıların komandanı olan general Rüstəm Muradov uzun müddət Çeçenistanda qulluq edib, nümunəvi fəaliyyətinə görə Rusiya Qəhrəmanı adı verilib. Onun “Vaqner”lə əlaqəsinin olduğunu demək mümkün deyil. Biz videokadrlarla da rus əsgərlərin üzünü görə bilirik, əksəri cavan uşaqlardır. “Vaqner”də isə yaşı 30-dan çox, kifayət qədər döyüş təcrübəsi olanlar seçilir".
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun fikrincə, gürcü ekspertin hansı məlumata əsaslandığını bilməsə də, sülhməramlıların fəaliyyəti Azərbaycanın nəzarətindədir: “Heç kim düşünməsin ki, sülhməramlıların haradan gəlməsi və nə işlə məşğul olması Azərbaycan dövlətinin nəzarətində deyil, müvafiq orqanlar hər bir informasiyaya malikdirlər. Düşünmürəm ki, ”Vaqner"çilər sülhməramlı qismində Qarabağa yerləşdirilib. Bu qüvvələr daha çox Rusiyanın siyasi-iqtisadi maraqlarının ciddi olduğu regionlarda olurlar və orada ayrı-ayrı qruplarla, hərbi birləşmələrlə mübarizə aparırlar".
Z.Məmmədov hesab edir ki, Azərbaycanla Rusiya arasında şəffaf dialoq gedir: “Ona görə ”Vaqner"in Qarabağda olması məntiqə uyğun deyil. Sülhməramlıların Ermənistan siyasətçilərini Laçın dəhlizindən buraxması bizdə suallar doğurur. Gələcəkdə sülhməramlılarla bağlı vacib məsələləri həll edəcəyik. Gürcü ekspertin iddialarını yoxlamaq lazımdır, amma inandırıcı deyil".
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024