Siyasət (15-01-2021, 09:00)
Həbsdəki icra başçılarının övladları niyə vəzifəyə təyin edildi?
Ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən icra başçılarının işdən çıxarılan övladlarının bu il başqa vəzifəyə təyin edilməsi ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. İmişlinin icra başçısı olmuş Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev və Ağstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev ataları həbs edilərkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri idilər. Lakin atalarının həbsindən sonra onlar vəzifələrindən çıxarılmışdılar.
Bu yaxınlarda isə baş prokuror Kamran Əliyevin əmri ilə M.Hacıyev Qubadlı rayon prokurorluğunda müstəntiq, R.Quliyev isə Quba prokurorunun köməkçisi təyin edildi.
Vəkil Ceyhun Yusifov “Mediatv.az”a açıqlamasında bildirib ki, Prokurorluq haqqında qanuna görə onlar heç vaxt prokurorluq orqanlarından xaric edilməyiblər:
“Hər ikisi prokurorluq orqanlarının sərəncamında qalmışdılar. Onların təyinatı ilə bağlı atılan addımlar da tam qanuni və əsaslıdır. Ümumiyyətlə, bir məsələ unudulur ki, onlar Prokurorluq haqqında qanunun 44-cü maddəsinin təsiri altında düşmür. Yəni, bu hərəkətlər prokurorluq orqanında vəzifəyə təyin edilməmənin tələbləri arasında yoxdur. Azərbaycan Konstitusiyasına görə hər bir vətəndaşın dövlət idarəçiliyində iştirak hüququ var. Digər tərəfdən də təqsirsizlik prezumpsiyası nəzərə alınmalıdır.
Biz hüquqi dövlətdə yaşayırıq, qoşulduğumuz konvensiyalar və Cinayət Məcəlləsinə görə hər kəs öz əməlinə görə özü cavabdehdir. Nə qanun, nə də digər xüsusatlar imkan verir ki, ataya görə oğul məsuliyyət daşısın. Təyinat tam baş prokurorun səlahiyyətində olan məsələdir və burada qanunsuz heç nə yoxdur. Sadəcə ictimaiyyət bu məsələdə yıxılana balta vurmaq prinsipi ilə yanaşdı, bu da doğru mövqe deyil. Hər iki şəxs tam şəkildə ali təhsilli hüquqşünaslardır, amma prokurorluq orqanlarında 9-cu təsnifatda olan vəzifəyə veriliblər. Onlar hər ikisi sərəncamda idi, prokurorluğun əməkdaşları sırasından çıxarılmamışdılar. Sadəcə əvvəl 5-ci və 6-cı təsnifatda idilər, indi 9-cu təsnifatdadılar. Hər bir şəxs öz əməlinə görə özü cavabdeh olmalıdır".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024