Siyasət (8-01-2021, 15:20)
“Rüstəm Muradov başqası ilə əvəzlənə bilər” - Bəyanat ortadadır

“Mediatv.az” olaraq proqnozlaşdırılan variantları qiymətləndirmək və mövcud vəziyyəti nəzərdən keçirməkdən ötrü hərbi ekspert Ədalət Verdiyevlə söhbətləşdik. O, Azərbaycanın haqlı davasında sonadək mübarizə aparacağını bildirdi:
“Prezident, Ali Baş Komandan İlham Əliyevin də dünənki müşavirədə dediyi kimi, Xocavənd, Xocalı, Əsgəran Azərbaycan ərazisidir. Oraya ermənilərin yerləşməsi ölkə başçısının razılığı və rus sülhməramlılarının müşayiəti ilə həyata keçirilir. Müəyyən müddət sonra həmin ərazilər də tamamilə bizim nəzarətimizə keçəcək və bərpa işlərinə başlanılacaq. Zəngəzur təzminat olaraq qaytarıla bilər. Nəzərə almaq lazımdır ki, ermənilər otuz il ərzində bizə külli miqdarda ziyan vurublar. Amma bu, yaxın günlərin işi deyil. Əvvəlcə, zəruri araşdırmalara ehtiyac var. Azərbaycan hərbçisinə müqavimət göstərən istənilən əli silahlı terrorçudur və o, dərhal zərərsizləşdirilməlidir. Başqa cür ola bilməz. Anti-terror əməliyyatları isə hər an aktualdır. Bu, daha çox terrorçulardan və onları idarə edənlərdən asılıdır”.
Ə.Verdiyev, həmçinin bir neçə gün sonra baş tutacaq görüş barədə də fikirlərini bildirib:
“Məncə, bu dəfəki görüş daha konstruktiv keçəcək. Qazağın işğal altındakı kəndlərinin qaytarılması, sülhməramlıların özbaşınalığı, Naxçıvan dəhlizi, həmçinin əsirlərlə bağlı müəyyən məqamlar müzakirə ediləcək. Hər halda qarşı tərəf “Dəmir yumruq” zərbəsindən sonra özünü daha konstruktiv aparmağa meyilli kimi görünür. Ayrı-ayrı faktları çıxmaq şərtilə Azərbaycanın artan təzyiqləri qarşısında Ermənistan davranışı qismən məqbul hesab edilə bilər.
Fikrimcə, görüş bizim diktəmizlə keçəcək və nəticə maraqlarımıza uyğun olacaq. Əlbəttə, rus sülhməramlılarının separatçıları dəstəkləməsi dövlət başçısının diqqətindən kənarda deyil.
Bu məsələ Azərbaycan qanunverciliyi ilə hüquqi məsuliyyət yaradır. Yəqin, yanvarın 11-də baş tutacaq görüşdə bu cür halların qarşısının alınması barədə də müzakirələr gedəcək. Ümid edirəm ki, biz rus sülhməramlılarının komandiri Rüstəm Muradovla terrorçuların səmimi fotolarına daha rast gəlməyəcəyik.
Sühməramlılarla birbaşa mübarizə bizim üçün məqbul sayılmır. Çünki onsuz da konkret şərtlərlə imzalanan bəyanat ortadadır. Rusiyada Rüstəm Muradov kimi generallar kifayət qədərdir. İstənilən an o, başqası ilə əvəzlənə bilər”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
8 07 2025
8 07 2025
8 07 2025