Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-01-2021, 13:00)
“Moskva görüşündə bir çox məsələlərə tam aydınlıq gətirilməlidir” - GƏLİŞMƏ

 Yanvarın 11-də Moskvada Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcəyi ilə bağlı məlumat yayılıb. Erməni KİV-lərinin yaydığı məlumata görə, görüş zamanı 10 noyabrda imzalanan üçtərəfli bəyanata aydınlıq gətiriləcək.

Maraqlıdır, bu görüş baş tuta bilərmi? Yaxud, görüş baş tutarsa, hansı qaranlıq məqamlara aydınlıq gətirilməlidir?

Görüşlə bağlı ehtimalları "Mediatv.az"-a dəyərləndirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev belə bir görüşün keçirilə biləcəyini istisna etmir: “Çünki 10 noyabr bəyannaməsindən sonra xeyli məsələlər var ki, onlara aydınlıq gətirilməlidir və o məsələlər dəqiqləşdirilməlidir. Bu məsələlərə iki dövlət arasında sərhədlərin demarkasiyası, Türkiyə və Rusiya sülhməramlılarının birgə monitorinq mərkəzinin nizamlanması, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ərazisinə erməni qaçqınların geri qayıtması və onların gələcəkdə yaşam şəraiti, ən əsası isə ermənilərin gələcəkdə hansı formada yaşaması, yəni, işğala qədər həmin ərazilərdə yaşayan erməni vətəndaşların Azərbaycan vətəndaşlığını qəbul edib orada yaşaması aiddir. Həmçinin, işğala qədərki dövrdə keçmiş DQMV ərazisində yaşamayan insanların orada qalmalarının mümkünlüyü. Yəni, bir çox məsələlər var ki, bu məsələlərə aydınlıq gətirilib azərbaycanlılarla ermənilərin birgə yaşayış normaları müəyyənləşdirilməlidir”.

“Burada münaqişə yaradan məsələlərdən biri də odur ki, Ermənistan daxilində siyasi partiya kimi fəaliyyət göstərsə də, əslində terrorla məşğul olan Daşnaksütun partiyasının silahlı tör-töküntülərinin Azərbaycan ərazisində terror hadisələri ilə məşğul olmasıdır ki, bu da həllini gözləyən məsələlərdəndir. Bildiyiniz kimi, ermənilər tərəfdən Azərbaycan vətəndaşlığını qəbul etməməklə bağlı çağırışlar var. Əgər, belə olacaqsa, onların sosial və maliyyə təminatı, gələcəkdə hansı formada yaşamaları çox çətinliklər yaradacaq ki, bu da qaranlıq suallar meydana çıxarır. Həmçinin, kommunikasiya məsələləri də həllini gözləyən məsələlərdəndir. Ümumiyyətlə, bir çox məsələlər var ki, tam aydınlaşdırılmalı və dəqiqləşdirilməlidir”, - deyə deputat bildirib.

Müsahibimiz Rusiya sülhməramlılarının Azərbaycan əleyhinə xoşagəlməz addımlar atması ilə bağlı məsələnin isə Kremldə açıq şəkildə qaldırılmalı olduğunu birmənalı hesab etmir: “Çünki sülhməramlıların fəaliyyəti vaxtaşırı olaraq hər iki tərəfdən günahlandırılır. İstər bizim sosial şəbəklər vasitəsi ilə, istərsə də erməni mətbuatı tərəfindən Rusiya sülhməramlıları kifayət qədər ittiham edilir. Məsələn, ilk işğal vaxtlarından işğal olunmuş Zəngəzur bölgəsindən 12 kəndin bizə qaytarılması, yaxud hazırda Ermənistan tərəfdə olan magistral yolların xeyli hissəsinə bizim əsgərlərin nəzarət etməsi Ermənistan tərəfindən birmənalı qarşılanmır”.

“Eyni zamanda, başqa məsələlərdə də Azərbaycan tərəfi sülhməramlıları tənqid edir. Hesab edirəm ki, bu cür narazılıqlar belə bir mürəkkəb konfliktin həllindən sonra təbiidir, lakin bunu ümumiləşdirmək doğru deyil. Təbii ki, Rusiya sülhməramlıları bizim gözlədiyimiz və arzuladığımız tələblərə cavab vermir. Biz onların ermənilərə daha mülayim, daha liberal yanaşdıqlarını düşünürük. Təbii ki, bu, belədir. Amma hesab edirəm ki, əsas ümumi nizamlama prosesinə mane olan bütün məsələlər qaldırılmalıdır. Və maksimum şəkildə çalışmaq lazımdır ki, artıq qarşıdurmadan daha çox barışığa üstünlük verək ki, böyük məqsədləri xırda detallara, lokal konfliktlərə qurban verməyək”, - Məhəməliyev vurğulayıb.

Onun fikrincə, artıq zaman yetişib və biz məcburuq ki, nizamlanma proseslərinə daha çox üstünlük verək: “Bu, onun üçündür ki, Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyi heç bir halda şübhə altına alınmasın və elə rüşeym halında bunun qarşısı alınsın. Ona görə də hesab edirəm ki, narazılıq yaradan, mübahisə predmeti olan və ən əsası, gələcəkdə təhlükə törədə biləcək istənilən amil danışıqlar prosesində qaldırılmalı və tələb olunmalıdır ki, bu məsələlər həllini tapsın”.шаблоны для dle 11.2

Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024