Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-09-2020, 16:30)
"Paşinyan baş nazir olduqdan sonra 30 dəfə təxribat törədib" - Azərbaycan XİN

 "Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlarErmənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurub və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarıb. Təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikedici bəyanatlar, hərbi və digər təxribatlar Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzə hazırlaşdığını göstərir".
 Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Beynəlxalq ictimaiyyətin mümkün bütün gözləntilərini puça çıxararaq, Ermənistan rəhbərliyi hakimiyyətə gəldiyi ilk gündən etibarən özünün sələflərinin ilhaqçı siyasətini təkrarlamaq seçimini etmişdir. Ermənistan ictimai şəkildə ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə illərdən bəri aparılan danışıqlar prosesinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan məntiqi və anlayışından imtina etdiyini bəyan etmiş və beləliklə danışıqlara zərbə vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr tarixində verdiyi müsahibəsində bildirdiyi kimi Ermənistanın “cəfəng bəyanatları və təxribat xarakterli addımları danışıqları mənasız edir”.
Əksinə, Paşinyanın rəbərliyi altında Ermənistan “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmişdir. Yaxın Şərq bölgəsindən etnik ermənilərin işğal edilmiş ərazilərə qanunsuz köçürülməsi də daxil olmaqla, Azərbaycanın işğal edilmiş ərazilərində intensivləşən və genişlənən qanunsuz fəaliyyətləri ilə birlikdə Ermənistanın hazırkı rəhbərliyi birmənalı şəkildə sübut edir ki, bu ölkə ilhaqçı siyasət yürüdür və ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlardan bu məqsədlə sui-istifadə edir.шаблоны для dle 11.2

Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024