Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-01-2021, 13:00)
“Azərbaycan beynəlxalq problemlərlə bağlı açıq şəkildə Türkiyənin yanında oldu”

 “Türkiyə Azərbaycanın haqlı mübarizəsində əvvəlcədən onun yanında oldu”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop “Cənubi Qafqazda güc balansı və Qarabağ münaqişəsi” mövzusunda Türkiyədə keçirilən simpoziumun açılış mərasimində deyib.

44 günlük Vətən müharibəsi vaxtı Ermənistan silahlı qüvvələri tərəfindən bombalanan Gəncə şəhərinə səfər etdiyini xatırladan Türkiyə parlamentinin sədri qeyd edib ki, ölkəsinin Azərbaycana həqiqi dəstəyini nümayiş etdirib.

Onun sözlərinə görə, Türkiyənin xarici işlər və milli müdafiə nazirləri mütəmadi olaraq Azərbaycana səfər ediblər.

"Türkiyənin Azərbaycanı bu haqlı mübarizəsində dəstəkləməsinin bəzi səbəbləri var. Bunlardan birincisi, mütəmadi ifadə etdiyimiz “tək millət, iki dövlət” anlayışıdır. Bu, sadəcə bir şüar deyil. Türkiyədən nümayəndələrin iştirak etmədiyi bəzi beynəlxalq tədbirlərdə ölkəmizə qarşı olan fikirlərə, hücumlara, tənqidlərə azərbaycanlı siyasilər cavab veriblər. Bənzər addımı Türkiyə də atıb. Yaxın zamanlarda da Azərbaycanın başda Prezident İlham Əliyev olmaqla çox açıq şəkildə beynəlxalq problemlərlə bağlı Türkiyənin yanında olduğunu gördük”, - deyə M. Şentop vurğulayıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024