Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-10-2020, 12:17)
“İnşallah belə bir məclisi Qarabağda keçirək”

 Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxış edib.
“Mediatv.az”ın verdiyi xəbərə görə, spiker Sahibə Qafarova çıxış edərək M.Şentop və onun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayıb: “Azərbaycan və Türkiyə həmişə bir-birinə güvənib, güvənir və güvənəcək. Azərbaycan daim Türkiyəni yanında hiss edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin siyasi və hərbi rəhbərliyinin mövqeyi göstərdi ki, Azərbaycan xalqı haqq işi mübarizəsində tək deyil. Mustafa Şentopun Azərbaycanda olması da bunun bariz nümunəsidir”.
Daha sonra M.Şentop çıxış edərək bildirib ki, 1990-cı illərdən etibarən Qarabağ savaşına sahib çıxan Prezident Ərdoğanın bütün Azərbaycana salamını gətirib:
“Türkiyə Böyük Millət Məclisinin qələbəyə qədər birgə hərəkət etmə iradəsini sizə gətirmişəm. Azərbaycanın haqlı davasına və şanlı qələbəsinə dəstək olan fərqli partiyalardan olan millət vəkillərimizlə burdayıq. Bütün millət vəkillərimiz burada olmaq istərdi, inşallah belə bir məclisi torpaqlar işğaldan azad edildikdən sonra Qarabağda keçirək.
Ermənistan hücumlarında həlak olan bütün qardaşlarımızı anırıq, Allahdan rəhmət diləyirik. Əziz Azərbaycan xalqına başsağlığı və səbr diləyirik.
Türkiyə bundan sonra da haqlı davasında can qardaşlarımızın yanında olacaq. Sentyabrın 28-də Türkiyə Böyük Millət Məclisi olaraq Azərbaycanın yanında olduğumuzu bütün dünyaya elan etdik”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024